“UMK 2026” müsabiqəsi yekunlaşıb və nəticələr artıq məlumdur – Linda Lampenius x Pete Parkkonen “Liekinheitin” adlı mahnıları ilə 570 xal toplayaraq müsabiqədə qalib gəliblər və Finlandiyanı “Avroviziya 2026″da təmsil etmə şansı qazanıblar.
Yüksək səviyyəli rəqabətin olduğu müsabiqədə səsvermə ikimərhələli olub: Ümumi səslərin 25 faizini təşkil edən 7 nəfərlik beynəlxalq münsif heyətinin səsverməsini 5 münsifdən 12 xal əldə edən Linda Lampenius x Pete Parkkonen qazanıb. Qeyd edək ki, münsiflər arasında tanış simalar da var idi: “Avroviziya 2025″də Malta, Danimarka və Avstriya təmsilçiləri olan Miriana Conte, Sissal və JJ öz ölkələri adından münsif səslərini təqdim etdilər. Münsif səsverməsinin nəticələri aşağıdakı şəkildə olmuşdur:

Səslərin 75 faizini təşkil edən tamaşaçı səsverməsinin nəticələrindən sonra isə ümumi nəticə formalaşıb və yekun qalibin böyük fərqlə Linda Lampenius x Pete Parkkonen olduğu məlum olub.

Finlandiya 12 mayda “Avroviziya 2026” müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






