Nigar Camal əməliyyat olundu: konsert təxirə salındı

“Avroviziya 2011” qalibimiz “Nigar Camal” evində xəsarət alaraq əməliyyat olunduğunu açıqlayıb.

Sənətçi bildirib ki, hazırda reabilitasiya prosesindədir:

“Bu gün gözlənilmədən evdə xəsarət aldım. Hazırda reabilitasiya prosesindəyəm. Tezliklə ayağa qalxacağam. Köməyimə operativ çatan təcili tibbi yardım əməkdaşlarına, əməliyyatımı həyata keçirən həkimlərə və tibb işçilərinə peşəkar münasibətlərinə görə təşəkkür edirəm. Özünüzü qoruyun və ehtiyatlı olun!”

Nigar Camal səhhətində yaranan problem səbəbindən iyulun 31-də The Palace-də keçirilməsi planlaşdırılan konsertinin təxirə salındığını bildirib. Konsertin yeni tarixi yaxın vaxtlarda açıqlanacaq.

Müğənni həmçinin yaxın günlərdə nəzərdə tutulan digər tədbirlərdə də iştirak edə bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, Nigar Camal bir neçə gün əvvəl Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalı “Dream Fest”də səhnəyə çıxmışdı. Müğənni çiçək naxışları ilə bəzədilmiş, transparan detallı və lələk elementləri ilə tamamlanan səhnə libası ilə gecənin ən diqqətçəkən obrazlarından birinə imza atmışdı.


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

“Azərbaycanı Avroviziyada təmsil etməyə hazıram!” – ALIZADE

JIVA viral olan “Bussi”ni mahnıya çevirdi!

Rəy bildir