EFENDİ Qazaxıstanda keçirilən “Altay Fest 2026”da çıxış edib!

Azərbaycanın “Avroviziya” təmsilçisi Samirə Əfəndi Qazaxıstanda keçirilən “Altay Fest 2026” beynəlxalq festivalının əsas qala-konsert proqramında çıxış edib.

Sənətçi iyulun 11-də Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda təşkil olunan tədbirdə rəqs qrupunun müşayiəti ilə öz mahnılarını ifa edib.

Samirə Əfəndi həmin gecə üçün “Ajoure” atelyesinin hazırladığı, üzərində Azərbaycanın milli rəmzlərindən biri olan Xarıbülbül motivi əks olunan yaşıl geyim seçib.

Türk dünyasının ortaq mədəni irsini, musiqisini və incəsənətini bir araya gətirən festivalda sənətçi Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan, Monqolustan və digər ölkələrdən olan ifaçılarla eyni səhnəni paylaşıb.

“Altay Fest” hər il müxtəlif ölkələrdən olan sənətçiləri və mədəniyyət nümayəndələrini bir araya gətirərək musiqi, milli ənənələr və incəsənət vasitəsilə Altay xalqlarının zəngin mədəni irsinin tanıdılmasına töhfə verir.

Qeyd edək ki, Samirə Əfəndi Azərbaycanı 2021-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsində “Mata Hari” mahnısı ilə təmsil edib və final mərhələsinə vəsiqə qazanıb.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Sofiyanın “Avroviziya 2027” namizədliyi ilə bağlı ilk detallar açıqlandı

Rəy bildir