Almaniyada keçirilən “Avroviziya 2026” milli finalı – “Das Deutsche Finale” bu axşam başa çatıb. Gərgin və maraqlı keçən final gecəsinin sonunda Almaniyanı Avroviziya Mahnı Müsabiqəsi 2026-da təmsil edəcək qalib müəyyənləşib.
İki mərhələli səsvermə nəticəsində Sarah Engels “Fire” adlı mahnısı ilə gecənin qalibi olub.
İlk mərhələdə 20 nəfərlik beynəlxalq münsiflər heyətinin səsverməsi ilə TOP 3 iştirakçı seçilib. Daha sonra isə qalibin müəyyənləşməsi üçün yalnız tamaşaçı səsverməsi keçirilib.
Finalda nümayiş olunan güclü səhnə performansı və tamaşaçıların böyük dəstəyi Sarahın birinci olmasında əsas rol oynayıb.
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






