“Azərbaycanı Avroviziyada təmsil etməyə hazıram!” – ALIZADE

Reper Asya Alizade Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək istədiyini növbəti dəfə dilə gətirib.

Sənətçi bu barədə Aria Nejatiyə verdiyi müsahibədə danışıb. O bildirib ki, artıq uzun müddətdir bu mövzu ilə bağlı ona suallar ünvanlanır və müsabiqədə ölkəsini təmsil etməyə hazırdır.

Asya Alizade həm Azərbaycanı, həm də Türkiyəni Avroviziya səhnəsində təmsil etmək istədiyini bildirib.

Alizade həmçinin Avroviziya tarixində yadda qalan ifalarla bağlı fikirlərini bölüşüb. Azərbaycanın təmsilçiləri arasında onun favoriti 2011-ci ildə ölkəyə ilk qələbəni qazandıran Ell & Nikki duetinin ifasında səslənən “Running Scared” mahnısı olub. Türkiyə təmsilçiləri arasında isə Hadisenin ifa etdiyi “Düm Tek Tek” mahnısını xüsusi qeyd edərək onu “əfsanəvi” adlandırıb.

Reper, belə bir fürsət əldə edəcəyi təqdirdə tamaşaçıların dəstəyini qazanacağına inandığını da vurğulayıb.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

EFENDİ Qazaxıstanda keçirilən “Altay Fest 2026”da çıxış edib!

Nigar Camal əməliyyat olundu: konsert təxirə salındı

Rəy bildir