Sofiyanın “Avroviziya 2027” namizədliyi ilə bağlı ilk detallar açıqlandı

Bolqarıstanın paytaxtı Sofiyanın “Avroviziya 2027” Mahnı Müsabiqəsinə ev sahibliyi üçün hazırladığı namizədlik planının ilk detalları açıqlanıb. Şəhərlərin qiymətləndirilməsi prosesi isə bazar ertəsi başlayacaq.

Sofiya Bələdiyyəsinin Mədəniyyət və Turizm üzrə mer müavini İrina Dakova bildirib ki, şəhərin namizədliyi Arena Armeec (Arena 8888) üzərində qurulub. Müsabiqə müddətində arena xüsusi adla fəaliyyət göstərəcək, təşkilati və logistika işləri isə Sofia Tech Park ərazisində həyata keçiriləcək.

“Eurovision Village”ın şəhərin mərkəzində yerləşən Milli Mədəniyyət Sarayı ətrafında qurulması nəzərdə tutulur. Açılış mərasiminin də burada baş tutacağı planlaşdırılır. Bundan əlavə, Toplocentrala və South Park müxtəlif “Avroviziya” tədbirlərinə ev sahibliyi edəcək. Toplocentrala isə müsabiqənin gecə proqramlarının əsas məkanlarından biri olacaq.

İrina Dakova bildirib:

“Sofiyanın ‘Avroviziya’nı qəbul etmək üçün bütün imkanları, dinamikası və infrastrukturu var. Tərəfdaşlarla danışıqlar davam edir, lakin hesab edirəm ki, Sofiya bu müsabiqə üçün ən təbii seçimdir. Şəhər daha əvvəl Aİ Şurasına sədrlik dövrünün tədbirlərinə, Uşaq ‘Avroviziya” və ‘Giro d’Italia’ya uğurla ev sahibliyi edib.”

Xatırladaq ki, Bolqarıstan 2026-cı ildə DARA-nın ifa etdiyi “Bangaranga” mahnısı ilə tarixində ilk dəfə “Avroviziya”nın qalibi olub. Hazırda Burgas, Plovdiv, Sofiya və Varna şəhərləri “Avroviziya 2027” müsabiqəsinə ev sahibliyi etmək uğrunda yarışır.

Bolqarıstanın ictimai yayımçısı BNT ev sahibi şəhəri iyulun sonunadək açıqlamağı planlaşdırır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya təmsilçimiz yüksək vəzifəyə təyin olundu!

EFENDİ Qazaxıstanda keçirilən “Altay Fest 2026”da çıxış edib!

Rəy bildir