Bolqarıstan 200 min avroluq büdcə ilə Avroviziyanı qazandı! – Qalib olmaq üçün yüksək büdcə lazım deyil?

Bolqarıstanın “Avroviziya 2026” mahnısı olan “Bangaranga”nın bütün xərcləri (mahnı, səhnə, geyim və s) sadəcə 200.000€-ya başa gəlib və bu çıxış ötən gün müsabiqənin qalibi olub.

Bu isə hazırda səhnələrinə milyonlar xərcləyən ölkələrin olduğu yarışmada, strategiyanın və orijinallığın hətta ən məhdud maliyyə resurslarının belə öhdəsindən gələ biləcəyinin bariz sübutudur.

Eurovisionfun saytının verdiyi məlumata görə, Bolqarıstanın bu ilki Avroviziya iştirakının ümumi dəyəri təxminən 200.000 avro təşkil edib ki, bu da Avroviziya standartlarına görə olduqca aşağı məbləğdir.

Eyni zamanda, İspaniya, İtaliya, Birləşmiş Krallıq və hətta Yunanıstan kimi ölkələr bu günlərdə səhnələşdirmə və tanıtım üçün bir neçə dəfə çox pul xərcləyirlər. Hətta maliyyə baxımından daha məhdud imkanı olan nümayəndə heyətlərindən biri hesab edilən Portuqaliyanın belə 2025-ci ildə təxminən 244.000 avro büdcəsi olduğu bildirilib.

Bolqarıstan nümayəndə heyəti isə Avroviziyanın ənənəvi “bahalı” formullarını təqlid etməyə çalışmadı.

Saysız-hesabsız LED effektləri, nəhəng səhnə konstruksiyaları və həddindən artıq yüklənmiş vizuallar əvəzinə, nisbətən aşağı maliyyə xərcləri olan, lakin əhəmiyyətli təsirə malik üç əsas elementə diqqət yetirməyi seçdilər və nəticədə müsabiqəni yüksək xalla qalib kimi bitirə bildilər.

Bu isə onu deməyə əsas verir ki, müsabiqədə uğurlu olmaq sadəcə yüksək maliyyətlərlə mümkün deyil. Bunun üçün “vision” və kreativlik əsas şərtlərdəndir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya 2026: Nəticələr, yarımfinallar və səsvermənin tam icmalı

Rəy bildir