Bolqarıstan yayımçı kanalı BNT və Avropa Yayım Birliyi az əvvəl sayca 71-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək şəhərin adına aydınlıq gətirib.
Beləliklə, “Avroviziya 2027” 11,13,15 may tarixlərində Bolqarıstanın Burqas şəhərində baş tutacaq.
Qeyd edək ki, seçimlər arasında Burqas və Bolqarıstanın paytaxtı Sofiya da yer alırdı.
Əslində ev sahibi şəhərin adının ötən ayın sonlarında açıqlanması planlaşdırılsa da, proses aşağıdakı səbəbə görə uzayıb.
Qeyri-rəsmi məlumatlara görə, AYB və Bolqarıstan hökuməti müsabiqəyə Burqas şəhərinin ev sahibliyi etməsini istəyib. Lakin yayımçı kanal BNT ev sahibi şəhər kimi Sofiyanın seçilməsinin tərəfdarı olub. Buna səbəb isə Sofiyanın daha uyğun infrastruktur və imkanlara malik olması ilə bağlı olub.
Məlumata görə, hökumət rəqib siyasi partiyanın idarə etdiyi Sofiyaya maliyyə dəstəyi göstərməkdə maraqlı olmayıb. Nəticədə isə ev sahibi şəhər olaraq Burqas seçilib.
Xatırladaq ki, “Avroviziya 2026”nı “Bangaranga” adlı mahnısı ilə Bolqarıstan təmsilçisi DARA qazanmışdı.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






