İsveçin Avroviziya 2026 təmsilçisini müəyyən edən ənənəvi milli seçim turu “Melodifestivalen 2026”nın beşinci tur mərhələsi başa çatıb.
Finaldan əvvəl keçirilən son seçim turu həm iştirakçı heyəti, həm də gərgin səsvermə prosesi ilə diqqət çəkib. 28 fevral 2026-cı il tarixində, Bakı vaxtı ilə saat 23:00–00:30 aralığında “Gärdehov Arena” səhnəsində baş tutan şou tamaşaçıların böyük marağına səbəb olub. Digər yarımfinallarda olduğu kimi, bu mərhələnin də aparıcıları tanınmış televiziya simaları Gina Dirawi və Hampus Nessvold olub. Onların dinamik və yumorla zəngin təqdimatı gecəyə xüsusi rəng qatıb.
Səsvermə sistemi yenə də 100% tamaşaçı səsinə əsaslanıb. İzləyicilər müsabiqəni “SVT Play” vasitəsilə canlı izləyib, eyni zamanda rəsmi mobil tətbiq üzərindən favoritlərinə səs veriblər. Səslər yaş qrupları üzrə bölünərək hesablanıb və nəticələr mərhələli şəkildə açıqlanıb ki, bu da şounun intriqasını son dəqiqələrə qədər qoruyub saxlayıb.
Beşinci yarımfinalda səhnəyə çıxan iştirakçılar və mahnılar bunlar olub:
- AleXa – “Tongue Tied”;
- Juliett – “Långt från alla andra”;
- Bladë – “Who You Are”;
- Lilla Al-Fadji – “Delulu”;
- Vilhelm Buchaus – “Hearts Don’t Lie”;
- Sanna Nielsen – “Waste Your Love”.
Canlı ifalar, səhnə quruluşu və vizual effektlər baxımından gecə yüksək səviyyədə təşkil olunub. Tamaşaçı səsverməsinin yekun nəticələrinə əsasən:
Finala keçənlər:
- Lilla Al-Fadji;
- Sanna Nielsen.
İkinci şansa vəsiqə qazanan:
- AleXa.
Qalan üç iştirakçı üçün isə müsabiqə bu mərhələdə başa çatıb.
Beşinci turun dərhal ardından, saat 00:30–01:00 aralığında yenidən “Gärdehov Arena” səhnəsində “İkinci şans” mərhələsi keçirilib. Bu mərhələdə əvvəlki yarımfinallarda üçüncü yeri tutmuş iştirakçılar finalda son iki yer uğrunda mübarizə aparıblar:
- Jacqline – “Woman”;
- Robin Bengtsson – “Honey Honey”;
- Eva Jumatate – “Selfish”;
- Meira Omar – “Dooset Daram”;
- AleXa – “Tongue Tied”.
Qaydalara uyğun olaraq, yarımfinallar arasında ən yüksək səs faizini toplamış iştirakçı olan Meira Omar avtomatik şəkildə finala yüksəlib. Qalan dörd ifaçı arasında isə yenidən tamaşaçı səsverməsi keçirilib və səsvermənin nəticələrinə əsasən son finalçı Robin Bengtsson olaraq müəyyən olunub.
Beləliklə, “Melodifestivalen 2026”nın final mərhələsində çıxış edəcək bütün iştirakçıların siyahısı tam formalaşıb. İndi isə bütün diqqətlər İsveçin Avroviziya 2026 təmsilçisinin seçiləcəyi böyük final gecəsinə yönəlib. Qeyd edək ki, hal-hazırda mərcələrə görə İsveçin təmsilçisi “My System” mahnısı ilə Felicia olması gözlənilir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






