Avropanın ən böyük musiqi yarışması olan “Avroviziya 2026” bu il Avstriyanın paytaxtı Vyanada keçirildi. Yarışmaya məşhur “Wiener Stadthalle” arena ev sahibliyi etdi. 70-ci yubileyini qeyd edən Avroviziya bu dəfə təkcə musiqi ilə deyil, siyasi gərginliklər, boykotlar, səsvermə qalmaqalları, gözlənilməz nəticələr və sosial şəbəkələrdə geniş rezonans doğuran müzakirələrlə yadda qaldı. Yarışma başlamazdan xeyli əvvəl Avropada Avroviziya ətrafında gərgin atmosfer formalaşmışdı.

Bu il ümumilikdə 35 ölkə yarışmaya qatıldı. Son illərlə müqayisədə iştirakçı sayının azalması diqqət çəkdi. Bunun əsas səbəbi bir neçə ölkənin İsrailin müsabiqədə iştirakına etiraz olaraq yarışmadan geri çəkilməsi idi. İspaniya, Niderland, Sloveniya, İslandiya və İrlandiyanın boykot qərarı Avroviziya tarixində ən çox müzakirə olunan hadisələrdən biri kimi qiymətləndirildi. Avropa Yayım Birliyi isə yarışmanın “siyasi yox, musiqi platforması” olduğunu bildirsə də, bu müzakirələr yarışmanın bütün mərhələlərinə təsir etdi.
Yarışmanın rəsmi tədbirləri may ayının əvvəlində açılış mərasimi ilə başladı. Firuzəyi xalıda bütün ölkə nümayəndələri media qarşısına çıxaraq performanslarını təqdim etdilər.
Bu il səhnə dizaynı texnoloji baxımdan ən iddialı Avroviziya səhnələrindən biri kimi dəyərləndirildi. LED divarlar, dinamik platformalar və 360 dərəcə işıqlandırma sistemi bir çox çıxışın vizual təsirini artırdı və ümumi şounun keyfiyyətinə ciddi təsir göstərdi.
Birinci yarımfinal 12 may tarixində baş tutdu və 15 ölkə final uğrunda mübarizə apardı. Səsvermə nəticəsində Belçika, Xorvatiya, Finlandiya, Yunanıstan, İsrail, Litva, Moldova, Polşa, Serbiya və İsveç finala yüksəldi. San Marino, Monteneqro, Estoniya, Portuqaliya və Gürcüstan isə yarışma ilə vidalaşdı.
Bu mərhələdə ən böyük diqqət çəkən ölkələrdən biri Moldova oldu. Satoshi-nin ifa etdiyi “Viva Moldova!” mahnısı həm jury, həm də televote balansında gözləniləndən daha güclü nəticə göstərərək finala yüksəldi. Xüsusilə Şərqi Avropa auditoriyası Moldovaya yüksək dəstək verdi və bu performans “köhnə Avroviziya ruhunun geri dönüşü” kimi xarakterizə olundu.
İsrail təmsilçisi Noam Betta isə yarışmanın ən çox müzakirə olunan iştirakçılarından biri idi. Səhnə çıxışı zamanı etiraz aksiyaları fonunda yarışsa da, finala yüksəlməyi bacardı. Bu nəticə həm sosial mediada dəstək, həm də ciddi tənqidlər doğurdu.
Finlandiya isə rok performansı ilə gecənin ən yüksək tamaşaçı reaksiyalarından birini qazandı və audience voting-də güclü baza yaratdı.
İkinci yarımfinal 14 may tarixində keçirildi və bu mərhələ ümumi səviyyə baxımından daha güclü yarımfinal kimi qiymətləndirildi. Bolqarıstan DARA-nın ifasında “Bangaranga” mahnısı ilə həm jury, həm də ümumi performans baxımından açıq favorit idi. 278 xal toplayaraq yarımfinalın lideri oldu və finala rahat şəkildə yüksəldi. Rumıniya ikinci, Avstraliya isə üçüncü yeri tutdu. Ukrayna, Norveç, Danimarka və Albaniya da finala vəsiqə qazandı.
Bu yarımfinalda xüsusilə Ukraynanın televote dəstəyi diqqət çəkdi. Diaspora səsinin təsiri ilə ölkə gözləniləndən daha yüksək nəticə əldə etdi. Albaniya və Danimarka isə jury tərəfindən orta qiymətləndirilsə də, televote sayəsində finala yüksəlməyi bacardı. Bu mərhələ jury və televote arasındakı fərqin daha da artdığını göstərdi.
Azərbaycan isə 2026 Avroviziyasında uğursuz nəticə ilə yadda qaldı. Təmsilçi yarımfinalda cəmi 2 xal toplayaraq sonuncu oldu və finala yüksələ bilmədi. Bu nəticə ölkə daxilində geniş müzakirələrə səbəb oldu. Xüsusilə mahnı seçimi, səhnə təqdimatı və promo kampaniyanın zəifliyi əsas tənqid mövzuları arasında yer aldı.
Final gecəsi Vyanada böyük şou ilə keçirildi. Bütün finalçılar son dəfə səhnəyə çıxaraq yarışdılar. Münsiflər səsverməsi zamanı Bolqarıstan və İsveç ön plana çıxsa da, ümumi nəticəni dəyişdirən əsas faktor televote oldu. Finlandiya, Moldova və Polşa tamaşaçı səsverməsində böyük sıçrayış edərək gecənin ən çox dəstək alan ölkələri oldular. İsveç isə son illərlə müqayisədə gözlənilən üstünlüyü qoruya bilmədi. İsveç Felicia – “My System” ilə finalda 51 xal toplayaraq 20-ci yerdə qərarlaşdı. Bu nəticə İsveç üçün ciddi geriləmə hesab olunur: 2010-cu ildən bəri ən zəif final nəticəsi; Son illərin TOP 5 favorit ölkəsindən biri üçün gözlənilməz eniş.
Səsvermə mərhələsində ən çox diqqət çəkən məqamlardan biri region bloklaşmaları və diaspora təsirinin yenidən güclənməsi oldu. Balkan ölkələrinin bir-birinə verdiyi yüksək xallar, Şərqi Avropa ölkələrinin qarşılıqlı dəstəyi və Skandinaviya ölkələrinin jury balansı bu ilin səs xəritəsini formalaşdıran əsas amillər kimi dəyərləndirildi.
Yekun nəticələrə görə, Bolqarıstan həm jury, həm də televote balansını ən yaxşı quran ölkə olaraq 2026 Avroviziya qalibi oldu. Rumıniya ikinci, Avstraliya isə üçüncü yeri tutdu. Bolqarıstan üçün tarixdə ilk Avroviziya qələbəsi kimi qeydə alındı və ölkədə geniş küçə bayramları ilə qeyd olundu. Bu nəticə Bolqarıstanın 2005-ci ildən başlayan iştirak tarixində ən yüksək zirvədir. Ölkə əvvəllər bir neçə dəfə TOP 5 və xüsusilə 2017-ci ildə 2-ci yer (Kristian Kostov – “Beautiful Mess”) əldə etsə də, ilk çempionluq məhz 2026-cı ildə qeydə alındı.

Finaldan sonra isə yarışmanın ən çox müzakirə olunan hadisələrindən biri Moldovada yaşandı. Ölkənin yayımçısı TRM-in direktoru Vlad Turcanu, Rumıniyaya verilən 3 xal və Ukraynaya xal verilməməsi fonunda yaranan ictimai təzyiqlər nəticəsində vəzifəsindən istefa verdi. Bu qərar həm Moldova mediasında, həm də Avroviziya fan icmalarında ciddi rezonans doğurdu.
Azərbaycanın builki xalverməsi çox maraqlı idi. Səslərin əsas hissəsi Balkan ölkələrinə, İsrail və Ukraynaya yönəlib. 12 xalın isə strateji tərəfdaş İtaliyaya verilməsi təsadüfi görünmür.
Rəsmi Bakı Avropaya bir mesaj ötürüb: “Dialoq qurduğumuz, qarşılıqlı hörmət gördüyümüz ölkələri unutmuruq.” Xüsusilə Giorgia Meloninin Azərbaycana münasibəti və son aylardakı isti mesajları fonunda bu nəticə daha diqqətçəkicidir. Bəzən Avroviziyada verilən səslər mahnılardan daha çox şeyi izah edir.
Ümumilikdə “Avroviziya 2026” həm yarımfinal, həm final, həm də səsvermə strukturu baxımından son illərin ən dinamik və proqnozlaşdırılması çətin yarışmalarından biri oldu. Jury və televote arasındakı fərqlər, regional bloklaşmalar və sosial media təsiri bu ilin nəticələrini əvvəlki illərlə müqayisədə daha çox mübahisəli və analiz edilən hala gətirdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






