2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan bolqarıstanlı müğənni DARA ilə bağlı diqqətçəkən detallar ortaya çıxıb.
Rusiya mətbuatının yaydığı məlumata görə, müğənninin qələbəsində rusiyalı sənətçi Filip Kirkorov və onun komandasının böyük rolu olub.
Bu barədə Kirkorov Yana Çurikovanın “YouTube” şousunda danışıb. O bildirib ki, Bolqarıstan televiziyası DARA-ya dəstək məqsədilə onun komandası ilə əlaqə saxlayıb.
Məlumata görə, bəstəkar Dimitris Kontopulos və Kirkorovun komandası birlikdə müğənni üçün qalib mahnı olan “Bangaranga”nı hazırlayıb.
Kirkorov qeyd edib ki, DARA yalnız güclü vokal imkanları və səhnə enerjisi ilə deyil, həm də peşəkar səhnələşdirmə və vizual effektlər sayəsində qalib olub. Şounun hazırlanmasına isə məşhur rejissor Fredrik Rydman nəzarət edib.
Bundan əlavə, DARA-nın “Bangaranga” mahnısı Spotify-ın qlobal çartında 3,171 milyon dinlənmə ilə 12-ci pillədə debüt edib.

Qeyd edək ki, “Bangaranga” “Avroviziya 2026” mahnıları arasında Spotify qlobal çartına daxil olan yeganə mahnı olub.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






