JIVA viral olan “Bussi”ni mahnıya çevirdi!

Azərbaycanın “Avroviziya 2026” təmsilçisi JIVA (Camilə Haşımova) müsabiqədən sonra ilk musiqi layihəsini dinləyicilərə təqdim edib. Sənətçi Avroviziyada onu viral edən “Bussi” ifadəsini yeni mahnısının adına çevirərək maraqlı addım atıb.

“Bussi” mahnısının sözləri və musiqisi Tofiq Hacıyevə məxsusdur. Sadə ekran həlli ilə çəkilən, lakin estetik görüntüləri ilə seçilən klipin rejissoru Azer Jafar olub.

Avroviziyanın firuzəyi xalısı mərasimində aparıcının JIVA-dan avstriyalılara məxsus “Bussi” sözünü deməsini xahiş etməsi zamanı yaşanan anlaşılmazlıq sosial şəbəkələrdə qısa müddətdə memə çevrilmişdi. JIVA daha sonra bu zarafatı davam etdirərək yarımfinal çıxışını “Thank you, Europe! Bussi!” sözləri ilə tamamlamışdı. Alman və Avstriya danışıq dilində “Bussi” səmimi şəkildə “balaca öpücük”, “öpürəm” mənasını ifadə edir.

Xatırladaq ki, JIVA bu il Vyanada keçirilən “Avroviziya 2026”-da “Just Go” adlı mahnı ilə Azərbaycanı təmsil edərək ikinci yarımfinalda 2 xal toplayaraq 15-ci yeri tutaraq finala yüksələ bilməmişdi. Toksik münasibətdən uzaqlaşma və yenidən özünü kəşf etmə mövzusunu əks etdirən bəstə ifaçının beynəlxalq səhnədə təqdim etdiyi ilk böyük layihə olub.

“Bussi” isə JIVA-nın Avroviziyadan sonrakı ilk rəsmi sinqlı kimi onun yaradıcılığında yeni mərhələnin başlanğıcını simvolizə edir. Qeyd edək ki, müğənni 2025-ci ildə “The Voice of Azerbaijan” müsabiqəsinin qalibi olub, daha sonra isə müxtəlif musiqi layihələri və əməkdaşlıqları ilə yaradıcılıq fəaliyyətini uğurla davam etdirib.

JIVA-nın “Bussi” adlı mahnısı artıq bütün rəqəmsal musiqi platformalarında onlayndır. Mahnının rəsmi klipi isə YouTube-da izləyicilərin ixtiyarına verilib. 


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Nigar Camal əməliyyat olundu: konsert təxirə salındı

AYB “Avroviziya 2027” üçün yeni qaydaları təsdiqlədi

Rəy bildir