Norveç Avroviziya 2025-ə hazırlaşır – Melodi Grand Prix 2025

Norveç milli finalı “Melodi Grand Prix 2025″lə bağlı detallar məlum olub.

Belə ki, bu il baş tutacaq müsabiqədə yalnız bir final mərhələsi baş tutacaq. Finalda 10 finalist yarışacaq və qalib Norveçi Bazel-də təmsil edəcək. Qeyd edək ki, əvvələr MGP bir neçə yarımfinal nəticəsinə əsasən, finalistlərini təyin edirdi. Finalın 15 fevral tarixində baş tutması planlanır.

Bundan başqa müsabiqədə iştirak edəcək finalistlər 16 yanvar Bakı vaxtı ilə saat 14:00-dan etibarən təqdim olunacaq. Mahnılar isə 24 yanvar tarixində yayımlanacaq.

Qeyd edək ki, bu il üçün müsabiqədə adı keçən isimlər arasında KEiiNO, Raylee, Mathilde SPZ, Carnival Kids, Thomas Steengaard, SUITE 16 və Marit Larsen kimi isimlər yer alır.

Xatırladaq ki, ölkəni axırıncı dəfə Malmö-də Gåte qrupu “Ulveham” adlı mahnı ilə təmsil etmişdi.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya 2025

Təmsilçi üçün mart ayını gözləməyəcəyik – mahnı ilə birgə təqdim ediləcək

Rəy bildir