Tanış Ol – Jonas Lovv

Jonas Lovv Hellesøy, səhnə adı ilə Jonas Lovv, Norveçli müğənni və söz yazarıdır. O, 8 sentyabr 1994-cü ildə Norveçin qərbində yerləşən Bergen şəhərində anadan olub. Jonas pop və synth-pop janrında fəaliyyət göstərir və gənc yaşlarından musiqi karyerasına başlamışdır.

Jonas 2014-cü ildə Norveçin “Idol” proqramının seçim mərhələlərində iştirak edib. O, daha sonra synth-pop triosu Shuffle Babydə vokalist olaraq çıxış edib və qrupa aid bir neçə singl yayımlanıb. 2025-ci ildə Jonas “The Voice – Norges beste stemme” proqramının 10-cu mövsümündə yarımfinala qədər irəliləmişdir.

2026-cı ilin yanvar ayında Jonas Melodi Grand Prix 2026 müsabiqəsində “Ya Ya Ya” adlı mahnı ilə iştirak edib və qalib olaraq Norveçin “Avroviziya 2026” müsabiqəsində təmsilçisi seçilib. O, may ayında Avstriyanın Vyana şəhərində keçiriləcək yarışmada səhnəyə çıxacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – LELÉKA

Tanış Ol – JIVA

Rəy bildir