Avroviziya 2025

(Yenilənir) Avroviziya 2025 Mahnı Müsabiqəsi Nemonun qələbəsinin ardıyca İsveçrəyə, yəni müsabiqənin vətəninə geri dönür. Sayca 69-cu dəfə baş tutacaq müsabiqəyə İsveçrənin Bazel şəhəri ev sahibliyi edəcək.

Müsabiqənin birinci yarımfinalı 7 may, ikinci yarımfinalı 9 may və böyük finalı 11 may tarixlərində baş tutacaq və ümumilikdə 38 ölkə iştirak edəcək. 2022-ci ildən bəridir müsabiqəyə fasilə verən Monteneqro bu il müsabiqəyə geri dönür və ötən il diskvalifikasiya səbəbilə finalda yarışa bilməyən Niderland da təkrar müsabiqədə mübarizə aparacaq.

Daha əvvəl 1956 və 1988-ci illərdə müsabiqəyə ev sahibliyi etmiş İsveçrə sayca 3-cü dəfə müsabiqəni təşkil edəcək amma Bazel şəhəri ilk dəfədir ki, müsabiqəyə ev sahibliyi edəcəkdir.

St. Jakobshalle arenasında baş tutacaq olan müsabiqənin səhnə tərtibatı haqqında ilkin vizuallar da hazırda məlum məsələlərdən biridir:


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Yaradıcı Studio Fəaliyyətə başladı

Norveç Avroviziya 2025-ə hazırlaşır – Melodi Grand Prix 2025

Rəy bildir