Avroviziya 2025 mahnı müsabiqəsində Azərbaycanı kim təmsil edəcək? Bu sual hazırda bir çox yerli və xarici müsabiqə azarkeşlərini maraqlandıran məqamdır ki, bununla bağlı nümayəndə heyətinə sual ünvanladıq.
Heyətin rəhbəri Nurlana Cəfərovadan aldığımız məlumatda qeyd edilir ki, növbəti həftə yeni nümayəndə heyətinin mətbuat katibi təqdim ediləcək və bu haqda daha ətraflı məlumatı məhz o bizimlə bölüşəcək.

İndiyə isə onu deyə bilərəm ki, mart ayını gözləməyə gərək qalmayacaq. Yaxın zamanda təmsilçimiz və onun mahnısı ictimaiyyətə birgə təqdim ediləcək.
Nəzərə çatdıraq ki, təmsilçi seçimi üçün İTV tərəfindən açılmış qəbul prosesi 15 sentyabr tarixində başa çatmışdır.
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.







2 thoughts on “Təmsilçi üçün mart ayını gözləməyəcəyik – mahnı ilə birgə təqdim ediləcək”