Norveçin “Melodi Grand Prix 2026” finalının qalibi müəyyənləşib.
Jonas Lovv “Ya Ya Ya” mahnısı ilə qalib gələrək Norveçi “Avroviziya 2026” səhnəsində təmsil etmək hüququ qazanıb.

Final mərhələsində doqquz iştirakçı mübarizə aparıb və qalib həm beynəlxalq münsiflər heyətinin, həm də tamaşaçı səsverməsinin nəticələrinə əsasən elan olunub.
Qeyd edək ki, Jonas Lovv ilk dəfə Norveçi Avroviziya səhnəsində təmsil edəcək və onun “Ya Ya Ya” mahnısı həm sosial mediada, həm də Avroviziya fanları arasında böyük maraq doğurub.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






