Azərbaycanın Avroviziya tarixində əzəmətli uğurları olsa da, son illərdə nəticələr kədərlidir. Son 4 il ərzində finala çıxa bilməməyimiz və son 2 ildə ardıcıl olaraq sonuncu yerdə qərarlaşmağımız həm, azarkeşləri ruhdan salır, həm də ölkəmizin Avropadakı musiqi nüfuzuna zərər verir.
Biz inanırıq ki, əsas problemlər Avroviziya təmsilçimizin seçilmə prosesindəki şəffaflıq və ictimai iştirakın olmamasıdır. İctimai TV və Azərbaycan nümayəndə heyətinin hazırkı fəaliyyəti fan icmaları, media və müstəqil Avroviziya platformaları ilə əlaqədə çatışmazlıqlara səbəb olur, konstruktiv tənqidə mənfi reaksiyalar yaranır, kommunikasiya zəifdir və seçilən iştirakçılar potensialını tam göstərə bilmir.
İmzanızın təsdiqlənməsi üçün qeyd etdiyiniz elektron poçt adresinə (email) daxil olaraq imzanı təsdiqləmək mütləqdir. Əks halda imzanız keçərli hesab edilməyəcəkdir.
Problemlər:
- Namizədlərin seçimi qeyri-şəffaf və qapalı aparılır.
- Sosial şəbəkələrdə fan səhifələr, bloqlar və media nümayəndələri bloklanır və fəaliyyətlərinə maneələr yaradılır.
- “Focus Group” ilə uzun illərdir aparılan seçim strategiyası son illərdə uğursuz nəticələr verir.
- Nümayəndə heyətinin PR və təqdimat strategiyası müasir tələblərə uyğun deyil.
Bizim tələblərimiz:
- Milli final sistemi (şərt deyil ki, ənənəvi qaydada olsun, alternativlər mövcuddur) tətbiq edilsin və təmsilçimizin seçiminə ictimaiyyət aktiv şəkildə cəlb olunsun.
- Seçim prosesi şəffaf və demokratik aparılsın, istedadlı sənətçilərimiz bu imkanlardan yararlana bilsin.
- Nümayəndə heyəti fan icmalarla açıq və tərəfsiz kommunikasiya qursun, tənqid və rəy qəbul edilsin.
- Hazırkı komandanın fəaliyyəti araşdırılsın və lazım gəlsə rəhbərlik dəyişdirilsin
Çağırış:
Artıq dəyişiklik vaxtıdır! Petisiyanı imzalayaraq siz Azərbaycanı Avroviziyada yenidən uğura qaldıracaq şəffaf və ədalətli dəyişikliyə töhfə verə bilərsiniz. Gəlin birlikdə ölkəmizin parlaq və uğurlu Avroviziya gələcəyi üçün addım ataq!
İmzala və paylaş!
Qeydlər / Mənbələr:
Avroviziya Mahnı Müsabiqəsinin Qaydalarının 2.3-cü bölməsi: hörmət, ədalətlilik, inklüzivlik, şəffaflıq və müsabiqənin nüfuzunun qorunması prinsipləri
Azərbaycan təmsilçisi seçimində şəffaflığın pozulması ilə bağlı media yazısı.
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.







One thought on “Petisiyamıza qoşul, sən də dəyişiklik üçün səsini duyur”