Avroviziya 2011 qaliblərimiz Nigar Camal və Eldar Qasımov “MTV” kanalında yayımlanan “Do-lab” adlı proqramda qonaq olarkən öz Avroviziya xatirələrindən bəhs ediblər. Zəhra Bədəlbəylinin aparıcılığı ilə yayımlanan verlişdə Nigar Camal son illərdəki nəticələrimizi sərt şəkildə tənqid edib:
Son illər ən pis, ən qeyri-peşəkar illərdir. İnsanın başı çıxmırsa nə inkişaf etdirmək? Vaxt var öyrətməyə? Nə baş verir bilmirik,amma yaxşı şeylər baş vermir.
Daha sonra bir vaxtlar komandamızın tərkibində yer alan Zəhra Bədəlbəyli giley-güzar edib:
Əslində mən çox şey öyrənmişdim, bir neçə il işləmişdim. Lakin indi hal-hazırda məni də cəlb etmirlər. Yəni peşəkarlara üstünlük yoxdur.
Daha sonra isə Nigar Camal Jiva haqqında- “Əminəm ki, başqa mahnısı olsa, daha çox xal alardıq. “Just Go” mahnısı ona yaraşmırdı”- deyib.
Azarkeşlərin iç səsinə dönüşən Nigar daha sonra Alizadedən bəhs edərək, Daranı ona bənzədib. Sonra isə proqramda insanların təkidinə rəğmən məsul şəxslərin niyə səssiz qalması haqqında danışılıb.
“Münsiflər kim idi qurban sizə?”- , deyən Nigar Camal bir daha çox lazımi bir məqama toxunub.
Sonda isə qeyd edək ki, verlişin tamamına yutubdan baxa bilərsiniz.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






