Avroviziya təmsilçilərimiz “WUF-13”ün bağlanış mərasimində!

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (“WUF-13”) bağlanış mərasimi keçirilib.

“Bakı Olimpiya Stadionu”nda təşkil olunan tədbirdə ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş Aisel və Elnur Hüseynov səhnə alıblar.

2008-ci ildə Azərbaycanı “Day After Day” mahnısı ilə təmsil edən Elnur Hüseynov və 2018-ci ildə “X My Heart” mahnısı ilə səhnəyə çıxan Aisel gecədə xüsusi musiqi nömrəsi təqdim ediblər.

Sənətçilər sözləri Zəhra Bədəlbəyliyə, musiqisi isə Samir Şirinova məxsus olan mahnını səsləndiriblər. Duet şəklində təqdim olunan performans tədbir iştirakçıları tərəfindən maraq və alqışla qarşılanıb.

Möhtəşəm səhnə tərtibatı və işıq şousu ilə yadda qalan gecədə müxtəlif ölkələrdən olan qonaqlar da iştirak ediblər. Tədbir çərçivəsində musiqi nömrələri ilə yanaşı, mədəniyyət və şəhərsalma mövzusunu əks etdirən təqdimatlar da nümayiş olunub.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Bolqarıstan 200 min avroluq büdcə ilə Avroviziyanı qazandı! – Qalib olmaq üçün yüksək büdcə lazım deyil?

Rəy bildir