‘Avroviziya 2026’ qalibi DARA Bolqarıstanın məşhur GRAZIA Woman of the Year mükafatlandırma mərasimində Xüsusi Musiqi Mükafatını qazanıb.
Mükafat müğənninin onun üçün əlamətdar keçən 2026-cı il ərzində qazandığı uğurlara görə təqdim olunub. DARA bu il Vyanada keçirilən Avroviziyada “Bangaranga” mahnısı ilə Bolqarıstana müsabiqə tarixində ilk qələbəsini qazandırıb.
DARA mükafatı anasına həsr edib və bu uğur yolunda ona verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Müğənni çıxışı zamanı isə diqqəti başqa bir məsələyə yönəldib. O, qadınlara qarşı zorakılıqla mübarizəyə və məişət zorakılığından zərər çəkən qadınlara dəstəyin vacibliyinə toxunaraq “Not One More” təşəbbüsünü qeyd edib.
Daha sonra sosial media paylaşımında DARA bu mövzuya daha geniş yer verib. O, zorakılıqla üzləşən qadınların müdafiəyə, ədalətə və dəstəyə ehtiyacı olduğunu vurğulayıb.
Avroviziya qələbəsindən sonra DARA-nın beynəlxalq dinlənmələri və Bolqarıstandan kənarda tanınması da artıb. Müğənninin qarşıdakı dövrdə yeni musiqilər və beynəlxalq layihələrlə fəaliyyətini davam etdirməsi gözlənilir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






