“Avroviziya Asiya 2026”-nın açılışını azərbaycanlı ifaçı edəcək!

Azərbaycanlı müğənni JAMAL ilk dəfə keçiriləcək “Avroviziya Asiya 2026” mahnı müsabiqəsinin açılışında çıxış etmək hüququ qazanıb.

ZOOP platforması üzərindən Hedera blokçeyn texnologiyasının dəstəyi ilə keçirilən səsvermədə JAMAL açılış performansı üçün seçilib. Beynəlxalq səsvermə və münsiflərin yekun qərarı nəticəsində azərbaycanlı ifaçı müsabiqənin rəsmi açılış aktı (Warm-Up Act) olub.

Qalibiyyət JAMAL-a 10 000 ABŞ dolları məbləğində pul mükafatı və Banqkoka tam təminatlı səyahət paketi də qazandırıb.

JAMAL 14 noyabr 2026-cı il tarixində Taylandın paytaxtı Banqkokda, One Bangkok Forum-da keçiriləcək “Avroviziya Asiya 2026”-nın final gecəsində səhnəyə çıxacaq. İfaçı müsabiqənin açılışını edərək gecənin ilk performansını təqdim edəcək.


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

“Avroviziya 2027” Bolqarıstanda baş tutmaya bilər! – İDDİA

Rəy bildir