Avroviziya seçimlərində şəffaflıq pozulub? – artistlər narazıdır

Avroviziya 2024 Azərbaycan seçim turlarında iştirak edən artistlər müsabiqənin ölkəmizdəki nümayəndə heyətindən narazıdır.

Bildiyiniz kimi Avroviziya mahnı müsabiqəsinə artıq 2015-ci ildən bəri fasiləsiz olaraq daxili seçim üsulu ilə təmsilçi seçilir.

Son 2 ildir yerli heyətə Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi və Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi çalışan Vasif Məmmədov rəhbərlik edir.

Bu müddət ərzində müsabiqə tarixindəki ən pis 2 nəticə ilə Bakıya qayıdan komanda yerli azarkeşlər tərəfindən top atəşinə tutulmasından sonra komandadan narazılığını bildirən seçimlərdə iştirak edən ifaçılar oldu.

Belə ki, əldə etdiyimiz məlumatda artistlər seçimlərin şəffaflığından şüphə duyduqlarını bildirirlər.

Onlar “Long-list”-dən “Short-list”ə peşəkar münsiflər tərəfindən canlı çıxışlarda əldə etdikləri dəyərləndirmələri, o cümlədən, 6-lıqda qalan namizədlər “Focus Group”un verdiyi səsləri və rəyləri görmək istəyir.

Hansı ki, qeyd olunan səsvermə nəticələrində münsiflər və Avroviziya ekspertlərinin vermiş olduğu xallarla yanaşı mahnı və ifaçılarla bağlı edilən rəylər bildirlir.

Artistlər də haqqı olaraq bu nəticələrə, mahnı və ifaları ilə bağlı fikirlərə nəzər yetirmək istəyir. 3 aydır ki, nəticələri təqdim etməyən komandanı bu qədər narahat edən nədir? Bu yazımızdan sonra ehtimal edirik ki, biz nəticə əldə edəcəyik amma nəticənin ilkin versiyada təqdim edilib-edilməyəcəyinə də şüphəmiz var.

Bunu da əlavə edək ki, bundan öncəki illərdə “Focus Group”un vermiş olduğu səslər seçimlərdə iştirak edən bütün namizədlərə xallar və rəylər olmaqla təqdim edilirdi.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya başa çatıb: Qalib İsveçrədir

Avroviziya 2025 Bazel şəhərində baş tutacaq

Rəy bildir