“Avroviziya 2027” Bolqarıstanda baş tutmaya bilər! – İDDİA

Ötən həftələrdə Avropa Yayım Birliyi və müsabiqənin sonuncu qalibi Bolqarıstan dövlət kanalı BNT “Avroviziya 2027”nin Bolqarıstanın Burqas şəhərində baş tutacağını elan etmişdi.

Lakin gələn bəzi xəbərlərə görə, Ukrayna müharibəsinin genişləməsi, Rusiya və NATO arasındakı gərginlik və Qara Dənizdə baş verən insidentlər müsabiqənin başqa bir şəhər ya da ölkədə keçirilməsinə səbəb ola bilər.

Weekend qəzetinin BNT-nin mənbəsinə istinadən yaydığı məlumata görə, Avropa Yayım Birliyinin (AYB) prezidenti Delphine Ernotte artıq Avroviziyanın ev sahibliyinin Burqas şəhərindən alınaraq yarışmanın başqa bir ölkədə və ya Sofiyada keçirilməsi ehtimalını istisna etmir.

İddialara görə, müsabiqədə iştirak edən iki ölkə olan Böyük Britaniya və İspaniya, Avroviziya zamanı iştirakçıların və qonaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Qara dənizdəki vəziyyət normallaşmasa, qarşıdakı həftələrdə müsabiqənin başqa bir məkana köçürülməsi üçün təşəbbüs göstərəcəkləri iddia olunur.

BNT-də yer alan, lakin rəsmi olaraq təsdiqlənməyən iddiaya görə, Avroviziyada iştirak edəcək üçüncü bir ölkə də artıq müsabiqənin Burqas şəhərində keçirilməsinə ciddi şübhə ilə yanaşırlar.

Narahatlıqların Burqasda və Cənubi Qara dəniz sahillərində daimi yaşayan on minlərlə ukraynalının olması, eləcə də Avroviziya zamanı Rusiya tərəfindən hərbi təxribat törədilə biləcəyi ehtimalı ilə bağlı olduğu bildirilir.

Bildirilib ki, ev sahibliyi qərarı AYB tərəfindən verilsə də qərar tam olaraq 2027-ci ilin əvvəlində qüvvəyə minəcək. Bu müddətdə müsabiqə Burqasdan çəkilə bilər.

Qeyd edək ki, AYB-nin son qərarına əsasən müsabiqəyə təhlükə yarada biləcək bütün məkanlar AYB tərəfindən dəyişdirilə bilər.

Mənbə: Weekend


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

DARA ölkəsində daha bir mükafata layiq görüldü

Rəy bildir