Bu gün “Avroviziya 2026″nın birinci yarımfinalı baş tutacaq

Bildiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 23:00-da “Avroviziya 2026” müsabiqəsinin birinci yarımfinalı baş tutacaq. Müsabiqəni İTV kanalından və ya Avroviziyanın rəsmi YouTube səhifəsindən izləyə bilərsiniz.

Birinci yarımfinalda ümumilikdə 17 ölkə çıxış edəcək. Bu ölkələrə “Böyük Dördlük”dən İtaliya və Almaniya da daxildir, hansı ki bu ölkələr birbaşa final mərhələsinə keçid əldə ediblər. Çıxışların ardıcıllığı bu formada olacaq:

Müsabiqə Avroviziyanın 70 illik tarixini əks etdirən xüsusi açılış səhnəsi ilə başlayacaq. “70 Years of Love” adlı qısametrajlı film müsabiqənin fonunda bir cütlüyün həyat hekayəsini təqdim edəcək. Daha sonra 70 nəfərlik xor Avroviziya tarixinin ən məşhur mahnılarından biri olan “L’amour Est Bleu” ifası ilə birinci yarımfinalın rəsmi açılışını edəcək. Mahnı ilk dəfə 1967-ci ildə, müsabiqənin Vyana şəhərində keçirildiyi zaman səsləndirilmişdi. Səsvermə zamanı isə aparıcılar Victoria Swarovski və Michael Ostrowski “Kangaroo” (Kenquru) adlı interval şousunda çıxış edəcəklər. Onlara keçən il Avstraliyanı təmsil etmiş Go-Jo da qoşulacaq.

Yarımfinalda isə səsvermə xalq və münsif səsverməsindən ibarət olacaq. Xalq səsverməsi həm SMS, həm də esc.vote platformasından həyata keçiriləcək. Qeyd edək ki, hər yarımfinalda yalnız həmin yarımfinalda çıxış edən ölkələr səs verə bilirlər. Xalq səsverməsində eyni zamanda Avroviziyada iştirak etməyən ölkələrdən də izləyicilər iştirak edə biləcəklər. Avroviziyada iştirak etməyən ölkələrdən toplanan səslər ümumiləşdiriləcək və 1 ölkənin səs gücünə bərabər olacaq. Xalq səsverməsi son ifa səsləndirildikdən sonra təqribən 18 dəqiqə ərzində aktiv olacaq. Hər bir izləyicinin verə bildiyi maksimal səs sayı 10-dur. Səslərin digər hissəsi isə yarımfinalda iştirak edən ölkələrin münsiflər heyəti tərəfindən veriləcək. Sonda isə 15 ölkədən ən çox səs toplayan 10-u final mərhələsinə vəsiqə qazanacaq. Səsvermə ilə bağlı rəsmi Avroviziya səhifəsində yayımlanan videonu aşağıdan izləyə bilərsiniz:


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026”nın açılış mərasimi başa çatıb – JIVA firuzəyi xalıda!

“Avroviziya 2026″nın ilk yarımfinalı artıq başlayıb

Rəy bildir