“Avroviziya 2026”nın açılış mərasimi başa çatıb – JIVA firuzəyi xalıda!

Ötən gün Vyanada “Avroviziya 2026” mahnı müsabiqəsi çərçivəsində keçirilən ənənəvi “Firuzəyi Xalça” (Turquoise Carpet) açılış mərasimində 35 ölkənin nümayəndə heyəti yer alıb.

Hər il olduğu kimi, builki açılış mərasimi də iştirakçı ölkələrin nümayəndələrini, media mənsublarını, fan klubları və minlərlə Avroviziya izləyicisini bir araya gətirib. “Firuzəyi Xalça” mərasimi “Wiener Rathausplatz” meydanında təşkil olunub. İştirakçı ölkələrin nümayəndə heyətləri isə “Burgtheater” binasından başlayaraq firuzəyi xalça boyunca mərasim məkanına daxil olublar.

Açılış mərasimində “Vienna Radio Symphony Orchestra” canlı ifaları ilə çıxış edib. Orkestr tərəfindən səsləndirilən müxtəlif musiqi əsərləri tədbirin proqramına daxil edilib və mərasimin əsas hissələrindən biri olub.

Tədbirin aparıcılığını Fanny Stapf və Max Bauer həyata keçiriblər. Açılış mərasimi dünyanın müxtəlif ölkələrindən onlayn izlənilib. Rəsmi görüntülər “Avroviziya”nın rəsmi youtube kanalında təqdim olunub:

Azərbaycanın “Avroviziya 2026” təmsilçisi JIVA müsabiqənin açılış mərasimində firuzəyi xalçada görüntüsü ilə diqqət çəkib.

JIVA firuzəyi xalı ilə eyni tonlarda libas geyinib. Sənətçinin makiyajı üzərində Anar Ağakişiyev, geyimi üzərində isə Kamilla Babayeva çalışıb.

Mərasim zamanı hər ölkənin təmsilçisi öz dövlətinin meqahit musiqisinin sədaları altında təqdim olunub.

Azərbaycan nümayəndəsi Jiva isə Xalq artisti Aygün Kazımovanın illərin hitinə çevrilən “S.O.S” mahnısının sədaları altında səhnəyə çıxıb.

“S.O.S”un Avroviziya açılışında səslənməsi sosial şəbəkələrdə də maraqla qarşılanıb və Azərbaycan pop musiqisinin simvolik anlarından biri kimi dəyərləndirilib.

Qeyd edək ki, “Firuzəyi Xalça” mərasimi “Avroviziya 2026” canlı şou həftəsinin rəsmi başlanğıcı hesab olunur. Tədbirdən sonra iştirakçı ölkələrin nümayəndə heyətləri Wiener Rathaus binasında təşkil olunan rəsmi qəbul proqramına qatılıblar.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Şərhçilər bəlli oldu! – Azər Süleymanlı və Aysel Zahidqızı

Bu gün “Avroviziya 2026″nın birinci yarımfinalı baş tutacaq

Rəy bildir