Akylas Mytilinaios adlı yunan müğənni və yazıçı 1999-cu il fevralın 11-də Serres şəhərində anadan olub. Uşaqlığından bəri musiqi ilə maraqlanan Akylas gənc yaşlarında Serres musiqi məktəbində təhsil alıb, həmçinin teatr dərsləri keçib. Sonradan Thelassoniki şəhərinə keçən Akylas orada kulinariya məktəbini bitirib və restoranlarda aşpaz olaraq işləməyə başlayıb. Eyni zamanda o, səyahət gəmilərində müğənni kimi də fəaliyyət göstərirdi.
Akylas karyerasındakı ilk addımları TikTok platformasında etdiyi ifalarla atıb. 2021-ci ildə bu yolla məşhurlaşmağa başlayan Aklyas həmin il ilk “Fthinókraso” adlı mahnısını yayımlayıb. O həmçinin 2022-ci ildə “O Səs Yunanıstan” müsabiqəsində də iştirak edib. 2024-cü il hit mahnısı “Atelié” Akylası xüsusilə məşhurlaşdırıb və Yunanıstanın tanınan müğənnilərindən birinə çevirib.
2026-cı ildə “Sing for Greece 2026” müsabiqəsinə “Ferto” mahnısı ilə qatılan Akylas müsabiqədə qalib gələrək Yunanıstanı “Avroiziya 2026″da təmsil etmə şansı qazanıb. O, müsabiqədə 12 mayda 1-ci yarımfinal gecəsində çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






