Serbiya milli finalı “Pesma za Evroviziju 2025″in ikinci diskvalifikasiyası baş tutub. Belə ki, müsabiqənin iştirakçılarından Dram qrupu müsabiqədən uzaqlaşdırılıb.
Buna səbəb kimi isə qrupun ötən ilin martında mahnını bir festivalda səsləndirdiyi göstərilib. Bu həm milli finalın, həm də Avroviziyanın qaydalarına ziddir.
Diskvalifikasiya olunmuş müğənninin yerinə isə yayımçı kanal RTS, Lena Nikolic’in “Hvala ti” mahnısının yarışacağını açıqlayıb.
Qeyd edək ki, bu hadisə bu il həmin milli finalda baş verən ikinci diskvalifikasiya hadisəsidir. Daha öncə isə milli finalın köhnə iştirakçısı Buč Kesidi, ötən ilin mayında keçirilən bir festivalda “Tužne ljubavi” adlı mahnısını səsləndirdiyi üçün “Pesma Za Evroviziju 2025″dən diskvalifikasiya edilmişdi.
Onun yerine Maršali-nin “Po policama sećanja” adlı mahnısının müsabiqəyə qatılacağı açıqlanmışdı.
Qeyd edək ki, müsabiqənin yarımfinalları 25 və 27 fevral tarixində, finalı isə 1 mart tarixində baş tutacaq.
Ölkəni sonuncu dəfə Avroviziyada TEYA DORA “RAMONDA” adlı mahnısı ilə təmsil etmişdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






