Serbiyanı “Avroviziya 2026”da Lavina təmsil edəcək

Serbiya Avstriyanın paytaxtı Vyana şəhərində keçirələcək 70-ci Avroviziya mahnı müsabiqəsində təmsilçisini seçib.

“Pesma za Evroviziju 26” milli seçim turunun möhtəşəm final gecəsi başa çatıb. Gərgin və emosional anlarla yadda qalan şounun yekununda “Lavina” qrupu “Kraj mene” adlı mahnısı ilə qalib elan olunaraq Serbiyanı Avroviziya 2026 səhnəsində təmsil etmək hüququ qazanıb.

Böyük final Bakı vaxtı ilə 00:00–03:00 aralığında Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən “RTS Košutnjak Studio 8” studiyasında keçirilib. Müasir səhnə quruluşu, işıq və vizual effektlərlə zəngin olan şou həm zalda əyləşən tamaşaçılar, həm də televiziya izləyiciləri üçün yaddaqalan gecə olub.

Final gecəsinin aparıcıları tanınmış televiziya simaları Dragana Kosjerina və Kristina Radenković olub. Onların peşəkar təqdimatı və dinamik aparıcılığı şounun tempini qoruyub saxlayıb. Səhnə arxasından iştirakçılarla bağlantını isə Stefan Popović təmin edib və ifaçıların ilk reaksiyaları canlı efirdə nümayiş olunub.

Səsvermə sistemi 50% peşəkar münsiflər heyəti və 50% tamaşaçı səsverməsi prinsipi ilə həyata keçirilib. Münsiflər heyəti vokal performansını, səhnə təqdimatını və mahnının ümumi kompozisiya keyfiyyətini qiymətləndirib, tamaşaçılar isə telefon və SMS vasitəsilə favoritlərinə səs veriblər.

Final mərhələsində 14 iştirakçı səhnəyə çıxaraq müxtəlif musiqi janrlarında çıxışlar təqdim edib:

  1. Brat Pelin – “Fräulein”;
  2. Lores – “Unseen”;
  3. Jack Lupino – “Adrenalin”;
  4. Ana Mašulović – “Zavoli me”;
  5. Harem Girls & Ivana – “Bom Bom”;
  6. Iva Grujin – “Otkrivam sebe”;
  7. Kosmos Trip – “Sve je u redu”;
  8. Zejna – “Jugoslavija”;
  9. Geminni – “Metar sreće”;
  10. Lu-ka – “Veruj”;
  11. Lavina – “Kraj mene”;
  12. Yanx – “Srušio si sve”;
  13. Zona – “Čairi”;
  14. Mirna – “Omaja”.

Gecənin əsas favoriti kimi göstərilən “Lavina” qrupu səhnədə enerjili performansı, rok ritmləri və müasir pop elementlərini birləşdirən təqdimatı və güclü vokalı ilə həm münsiflərin, həm də tamaşaçıların rəğbətini qazanıb. Səsvermənin yekununda o, ən yüksək ümumi balı toplayaraq qalib elan olunub.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Almaniya “Avroviziya 2026” təmsilçisini seçdi – Sarah Engels!

“Festival da Canção 2026”da növbəti finalistlər bəlli olub – İkinci yarımfinal başa çatdı

Rəy bildir