Avroviziya 2014 təmsilçimiz Dilarə Kazımova ənənələrə sadiq qalaraq bu dəfə də yeni fotosessiyası ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Cazibədar ifaçının yaradıcılığı təkcə musiqilər yayımlamaq və kliplər təqdim etməklə kifayətlənmir. O həm də üslubunu müxtəlif fotosessiyalarında mütəmadi olaraq bizə göstərməklə sübut etmiş olur.
Avroviziya ulduzumuzun fotolarını bu dəfə fotoqraf Orxan Aslanov lentə alıb və onların birgə işi makiyaj ustası Jalya ilə birgə baş tutub.
Mən “təxribatçı” bir çəkiliş etmək istədim. Bu işdə bizim ən “təxribatçı” fotoqrafımız Orxan Aslanovla əməkdaşlıq etmək qərarına gəldim. Çəkiliş inanılmaz dərəcədə maraqlı, yaradıcılıqla dolu idi. Çəkilişdə eyni zamanda süni xəz və hündür çəkmələrdən istifadə etdik. Rənglər xüsusi olaraq qış üçün seçildi və təbii ki, biz onları bir neçə görünüşdə istifadə etdik. Çəhrayıya olan sevgim isə hamıya məlumdur. Düşünürəm ki, belə fotosessiyanı Azərbaycanda edən olmayıb.
Dilarə Kazımova
Qeyd edək ki, sənətçi yeni mahnı və klip üzərində çalışır. Yeni layihəsinin tezliklə təqdim olunacağını bildirib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.







