Məşqlərin ikinci günü yekunlaşdı – “Avroviziya 2026”

Bu gün “Avroviziya 2026” məşqlərinin ikinci günü Vyanada yekunlaşıb. Wiener Stadthalledə məşqlər qaldığı yerdən davam edib.

“Avroviziya 2026” səhnəsi

Bu günkü məşqlər də mediaya qapalı şəkildə həyata keçirilib.

Lakin müsabiqənin rəsmi saytı arenada baş verənlərdən ibarət canlı bloq yazmaqdadır. Buna görə də yalnız bu mənbədən olan məlumatlarla sizlərə müsabiqənin məşq proseslərini canlı olaraq çatdıracağlq. Qeyd edək ki, bu gün məşq edəcək ölkələrdən üç şəkil sabah təqdim ediləcək.

Bu gün baş tutan məşqlərdə iştirak edən ölkələr bu şəkildədir:

 

  1. Monteneqro;
  2. Estoniya;
  3. İsrail;
  4. Belçika;
  5. Litva;
  6. San Marino;
  7. Polşa;
  8. Serbiya.

Məşqlər başladı!

1. Monteneqro;

Tamara Živković “Nova Zora” mahnısını qaranlıq və teatr elementləri ilə zəngin bir performansla təqdim edir.

O, daş-qaş detallı qara korset və dramatik “ruff” yaxalı geyimdə səhnəyə çıxır. Çıxışın əvvəlində səhnədə uzanmış halda, kölgəli biriləri tərəfindən daşınır, daha sonra ayağa qalxaraq performansına davam edir.

Səhnədə dörd rəqqas var və rəqqaslar qara geyimdə, ağ yaxa kontrastı ilə Tamaraya qoşulur, performans üç hissə üzrə davam edir.

Bu hissələr tamaşaçılara arxa fonda görünən Roma rəqəmləri ilə təqdim olunur: Act I, Act II, Act III. Hər hissə fərqli üslub və formalarla zəngin, mürəkkəb və intensiv xoreoqrafiya ilə seçilir.

Səhnə quruluşu dramatikanı daha da gücləndirir. Dərin qırmızı işıqlar, mavi işıq çaxmaları, ildırım, şimşək və lava effektləri vizual olaraq çox güclü və yadda qalan bir atmosfer yaradır.

2. Estoniya;

Vanilla Ninjanın səhnə obrazı yenilənib. Qrup ağ geyimləri ilə rok ruhunu və illərin təcrübəsini ön plana çıxarır.

Səhnədə isə yüksək enerji və tamaşaçı ilə güclü əlaqə diqqət çəkir, xüsusilə orta hissədə əl çalma və auditoriyanı coşdurmaq aktiv şəkildə təşviq olunur.

Performans isə möhtəşəm bir finala çatır. Epik və təsirli PYRO effekti ilə yadda qalan sonluq təqdim olunur

3. İsrail;

Noam Bettan bu ilin ən diqqətçəkən dekorlarından birini Avroviziyaya gətirib. “The Diamond” adlı nəhəng konstruksiya ilə İsrail səhnədədir!

Bu, bildirildiyinə görə builki şounun ən böyük səhnə rekvizitidir. Quruluş “infinity mirror” dizaynına malikdir və “Michelle” obrazlarını çoxaldaraq güclü vizual effekt yaradır, bu da mahnının rəsmi klipinə istinad edir.

Çıxış Noam və bir rəqqasın kristalın içində olması ilə başlayır və dramatik bir açılış yaradır. Performans irəlilədikcə daha dörd rəqqas səhnəyə qoşulur, “The Diamond” isə arxa planda qalaraq ümumi vizual təsiri daha da gücləndirir.

4. Belçika;

ESSYLA səhnədə sanki qeyri-dünyəvi bir varlıq kimi görünür. Qarşısında işləyən külək maşını ilə uzun, buzvari şəffaf plaşı arxada dalğalanır. O, inamla irəliyə doğru addımlayır, dörd kişi rəqqasa ona qoşulur və onlar ESSYLA-dan plaşı çıxararaq diqqəti tam şəkildə xoreoqrafiyaya yönəldirlər.

ESSYLA rəqqaslarla birlikdə çatlamış buz formasında qurulmuş səhnədə çıxış edirlər və ayaqlarının altında kristal effektləri görünür.

ESSYLA-nın ağ libası, bağcıqlı dəri detallı çəkmə ilə gümüş dabanın kombinasiyası və iti kristal “zireh” elementləri onun “buz kraliçası” obrazını daha da gücləndirir.

Səhnə quruluşu “od və buz” qarşıdurması üzərində qurulub. Final hissəsində yağan qar effekti performansa daha güclü və atmosferik qat əlavə edir və ümumi şounu daha təsirli edir.

5. Litva;

Lion Ceccah mahnısını müsabiqədə kino ab-havalı, vizual baxımdan çox təsirli bir performansla təqdim edir.

Səhnə quruluşunda iki fərqli və diqqətçəkən obraz var. O kapşonlu iri bir plaş və kəskin xətli gotik kostyum geyinib. Hər ikisi onun stilini və teatrallığını vurğulayır.

Performans zamanı ingiliscə altyazılı bir hissə görürük. Qısa bir ağ-qara keçid isə sürpriz geyim dəyişiminə gətirib çıxarır və nəticədə ümumi performans yadda qalan, fərqli bir təəssürat yaradır.

6. San Marino;

Senhitə Avroviziya səhnəsində dörd rəqqas və xüsusi qonaq kimi Boy George qoşulur.

Senhitin səhnə geyimi diskoteka güzgü topunu xatırladan kombinezon formasındadır. Səhnə müxtəlif rekvizitlər və həm səhnədə, həm də tamaşaçıların üzərinə yayılan rəngarəng göy qurşağı işıqlandırması ilə seçilir. Xrom və güzgülü led effektlər bu vizualları daha da gücləndirir.

Performans getdikcə teatrallıq və yüksək enerji ilə zirvəyə çatır. Finalda isə Senhit və Boy George “catwalk” boyunca əl-ələ irəliləyir, arxada isə pirotexniki effektlər partlayaraq “göy qurşağından sonrakı gün batımı” effektini yaradır.

7. Polşa;

ALICJA milli finaldakı geyimi ilə səhnədədir, amma qalan hər şey tamamilə yenidən qurulub.

Səhnə böyük və ilk baxışda sadə görünən bir rekvizit üzərində qurulub. Lakin ALICJA və dörd bek-vokal rəqqas ona qoşulduqda bu rekvizit vizual olaraq çox görkəmli bir hala gəlir.

Performans isə düşünülmüş rejissor işi və yaxşı kamera bucaqları daha da yüksəlir. Xüsusilə işıq, kölgə və hərəkətin çəkilişdə necə göstərilməsi diqqət çəkir. Solo açılış hissəsində də çox güclü kadrlar var.

Rəqqaslar da ayrıca seçilir ki, ağ köynək və yüksək bel qara şalvar kombinasiyasında zərif və uyğunlaşdırılmış obrazları ilə ilin ən stil sahibi bek-qruplarından biri kimi görünürlər. ALICJA-nın vokalları isə qüsursuzdur.

8. Serbiya;

LAVINA qrupu səhnədə qaranlıq və dramatik üslubunu qoruyur, amma hər şey daha böyük və daha intensiv səviyyəyə çatıb.

Qrupun performansında geyimlər də yenilənib. Solist Luka nəhəng qara kostyumda çıxış edir ki, bu kostyum xəz plaş, iri metal detallar və hətta qılınclar yerləşdirilmiş böyük çiyin zirehləri ilə dəstəklənir.

Bu qədər ağır görünüşə baxmayaraq, Luka tez bir zamanda geyimin bəzi hissələrini çıxararaq səhnədə daha sərbəst hərəkət edir.

Milli finaldan tanış olan əsas vizual detal olan “qayaya sancılmış qılınc”ı da bu dəfə daha böyük və daha diqqətçəkən formada və mikrofon dirəyi kimi səhnədə görürük.

Performans güclü pirotexniki effektlərlə zəngindir və o qədər intensivdir ki, fiziki olaraq hiss olunur. Bu effektlər vokalla mükəmməl sinxronlaşaraq çoxqatlı, güclü və hissiyatlı bir şou yaradır.

Beləliklə, bu gün bütün birinci yarımfinal iştirakçıları ilk məşqlərini tamamladı. Sabah ikinci yarımfinaldan Azərbaycan da daxil olmaqla daha yeddi ölkə ilk məşqini həyata keçirəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026”: Bu gün ikinci məşq günüdür

Üçüncü məşq günü: Azərbaycan səhnədə!

Rəy bildir