Serbiyanın Avroviziya 2026 təmsilçisini müəyyən edəcək “Pesma za Evroviziju 26” müsabiqəsinin möhtəşəm final gecəsi bu axşam baş tutacaq.
Böyük final Bakı vaxtı ilə 00:00–03:30 aralığında Serbiyanın paytaxtı Belqradda “RTS Košutnjak Studio 8” studiyasında keçiriləcək. Final gecəsinin aparıcıları televiziya tamaşaçılarına yaxşı tanış olan simalar Dragana Kosjerina və Kristina Radenković olacaq. Səhnə arxasından iştirakçılarla bağlantını isə Stefan Popović təmin edəcək.
Səsvermə sistemi 50% peşəkar münsiflər heyəti və 50% tamaşaçı səsverməsi prinsipi ilə həyata keçiriləcək. Bu balanslı model həm musiqi keyfiyyətini, həm də ictimai rəyi nəzərə almağa imkan verir. Final gecəsində ümumilikdə 14 iştirakçı Serbiyanı Avroviziya 2026 səhnəsində təmsil etmək hüququ uğrunda mübarizə aparacaq.
Müsabiqənin möhtəşəm final mərhələsində səhnəyə çıxacaq iştirakçıların ardıcıllığı artıq bəllidir. 14 ifaçı gecə ərzində müxtəlif janr və üslublarda mahnılar təqdim edəcək:
- Brat Pelin – “Fräulein”;
- Lores – “Unseen”;
- Jack Lupino – “Adrenalin”;
- Ana Mašulović – “Zavoli me”;
- Harem Girls & Ivana – “Bom Bom”;
- Iva Grujin – “Otkrivam sebe”;
- Kosmos Trip – “Sve je u redu”;
- Zejna – “Jugoslavija”;
- Geminni – “Metar sreće”;
- Lu-ka – “Veruj”;
- Lavina – “Kraj mene”;
- Yanx – “Srušio si sve”;
- Zona – “Čairi”;
- Mirna – “Omaja”.
Şou beynəlxalq auditoriya üçün Avroviziyanın rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq. Eyni zamanda, Serbiyanın ictimai yayımçısı Radio Television of Serbia (RTS) platformalarında da yayım təmin olunacaq.
Qeyd edək ki, hal-hazırda qalibiyyətə ən böyük namizəd 8-ci nömrə altında çıxış edəcək “Jugoslavija” adlanan mahnı ilə Zejnadır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






