Uşaq Avroviziya 2023 qalibi Fransa oldu!

Fransanın Nitsa şəhərində baş tutan 21-ci Uşaq Avroviziya mahnı müsabiqəsində qalib bəlli olub. 16 ölkənin iştirak etdiyi müsabiqədə Fransa qələbə çalıb. Müsabiqə qaydalarına görə səsvermənin 50%-lik hissəsini iştirak edən münsiflər heyəti, qalan hissəsini isə dünyanın harasında yaşamasından asılı olmayaraq səs vermiş tamaşaçı səsləridir.

“Cœur” adlı mahnı ilə Fransanı təmsil edən Zoé Clauzure hər iki kateqoriya üzrə ən yüksək xal alaraq müsabiqənin qalibi olmağı bacarıb. Ümumi göstəricilər isə bu şəkildə olub:

🇫🇷 Fransa / Zoé Clauzure – Cœur (228 xal)

🇪🇸 Ispaniya / Sandra Valero – Loviu (201 xal)

🇦🇲 Ermənistan / Yan Girls – Do It My Way (180 xal)

🇬🇧 Birləşmiş Krallıq / Stand Uniqu3 – Back To Life (160 xal)

🇺🇦 Ukrayna / Anastasia Dymyd – Kvitka (128 xal)

🇵🇱 Polşa / Maja Krzyżewska – I Just Need A Friend (124 xal)

🇳🇱 Niderland  / Sep & Jasmijn – Holding On To You (122 xal)

🇦🇱 Albaniya / Viola Gjyzeli – Bota Ime (115 xal)

🇩🇪 Almaniya / FIA – Ohne Worte (107 xal)

🇲🇹 Malta / Yulan – Stronger (94 xal)

🇮🇹 İtaliya / Melissa & Ranya – Un Mondo Giusto (81 xal)

🇲🇰 Şimali Makedoniya / Tamara Grujeska – Kaži Mi, Kaži Mi Koj (76 xal)

🇵🇹 Portuqaliya / Júlia Machado – Where I Belong (75 xal)

🇬🇪 Gürcüstan / Anastasia & Ranina – Over The Sky (74 xal)

🇪🇪 Estoniya / ARHANNA – Hoiame Kokku (49 xal)

🇮🇪 İrlandiya / Jessica McKean – Aisling (42 xal)

Qeyd edək ki, Uşaq Avroviziya tarixində artıq ikinci belə haldır ki, müsabiqəyə ev sahibliyi edən ölkə təkrarən qələbə qazanır. Bundan öncə 2018-ci və 2019-cu illərdə də Polşa ardıcıl 2 qələbə ilə 2 il ev sahibliyini üstələnmişdir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Danışır Səbinə Quluzadə – Avroviziya 2024 Azərbaycan

Emy Lia: qələbə qazanıb Avroviziyanı Xankəndi şəhərinə gətirməyi arzulayıram

Rəy bildir