Bu gün “Avroviziya 2026”da yarışacaq “Böyük Dördlük” ölkələri və ev sahibi Avstriyanın ilk məşqi baş tutub.

Bu günkü məşqlər də mediaya qapalı şəkildə baş tutub.
Lakin müsabiqənin rəsmi saytı arenada baş verənlərdən ibarət canlı bloq yazmaqdadır. Buna görə də yalnız bu mənbədən olan məlumatlarla sizlərə müsabiqənin məşq proseslərini canlı olaraq çatdıracağlq. Qeyd edək ki, bu gün məşq edəcək ölkələrdən üç şəkil sabah təqdim ediləcək.
İlk məşqini həyata keçirən ölkələr aşağıdakı kimi olub:
- İtaliya;
- Almaniya;
- Fransa;
- Birləşmiş Krallıq;
- Avstriya.
Məşqlər başladı!
1. İtaliya;

İtaliya bu il Avroviziya səhnəsinə saf romantikanı gətirib desək yanılmarıq.
Çıxış dörd teatrvari hissə boyunca davam edir. Kostyum ölçüləri, balayı şənlikləri, toy mərasimi və limon ağaclarının altında işıqlanan toy ziyafəti və s.
Neapolda hazırlanmış zərif ağ kostyum geyinən Sal güclü vokal nümayiş etdirir və xüsusilə yüksək notlardan biri diqqət çəkir.
Lüks vizuallar, atəşfəşanlıq və kino üslublu bu səhnə Vyanada indiyə qədər görülən ən möhtəşəm və ekstravaqant çıxışlardan birinə çevirilir.
2. Almaniya;

Sarah Engels Avroviziya səhnəsinə Alman bayrağının rəngləri olan qara, qırmızı və qızılı rəngləri gətirir. Çıxış Sarahın nəhəng kub formalı rekvizit üzərində uzanması ilə başlayır. Mahnının girişi piano ilə balladvari yenilənib və daha sonra mahnı öz enerjili havasında geri qayıdır.
Alovdan ilhamlanan, parlaq daşlarla örtülmüş qızılı bodysuit geyinən Saraha eyni qızılı obrazda olan dörd rəqqas qoşulur.
Səhnə haqqında hələlik bəzi böyük sürprizləri gizli saxlayır, amma bir şeyi artıq deyə bilərik performans nəhəng pirotexnika ilə sona çatır.
3. Fransa;

Monroenin Avroviziya səhnəsi Fransız Romantik dövrünün rəsm sənətindən və tərzindən ilham alınaraq hazırlanıb.
Toplu duman buludu içindən başlayan performans, 30 metrlik irihəcmli podium rekvizitlə dramatik şəkildə irəliləyərək səhnənin önündən arxasına daşınır.
Monroe, Steadicamdan istifadə edərək tamaşaçının birbaşa gözünə baxaraq performansına davam edir. Müğənniyə səhnədəki xaosu yaratması üçün beş rəqqas da qoşulub.
Monroe modern və ənənəvi elementləri özündə birləşdirən ağ bir kostyum (zəncir ətək, köynək, qalustuk və V yaxa jilet) geyinir. Rəqqaslar isə tamamilə qara rəngdə geyinib.
Çıxışın sonu isə pyrolar və yuxarıdan aşağıya doğru süzülən duman buludu ilə sona çatır.
4. Birləşmiş Krallıq;

LOOK MUM NO COMPUTER-in Avroviziya səhnəsi “Eins, Zwei, Drei” klipinin nəhəng versiyasını xatırladır.
Mahnı başlayanda səhnədə sıra ilə düzülmüş iş masalarını görürük. Onun “iş növbəsi”nə dörd həmkar qoşulur (hələlik!…), amma LOOK MUM NO COMPUTER-dan gözlənildiyi kimi, bunlar heç də adi iş yoldaşları deyil. Başlarında kompüter monitorları olan bu obrazlar ifaçının yeni mühit haqqında hisslərini mükəmməl şəkildə simvolizə edir.
Çıxışın əvvəlində o, düşdüyü ruhsuz ofis həyatına uyğunlaşmağa çalışır. Amma mahnı tam gücü ilə başlayanda LOOK MUM NO COMPUTER azad olur və bu monoton həyatdan qaçır.
Bundan sonra ofis masaları xoreoqrafiyanın əsas hissəsinə çevrilir və o, həmkarları ilə birlikdə bütün məkanı dəyişdirir. Bir anda səhnə tam transformasiya olunur və onun məşhur sintezatorları ilə klaviş alətləri ortaya çıxır
LOOK MUM NO COMPUTER klipdəki tulum kombinezonda çıxış edir. Kombinezon tünd çəhrayı rəngdədir, üzərində gümüşü fermuarlar var.
5. Avstriya;

Ev sahibi ölkənin çıxışı COSMÓ və onun “heyvan dəstəsi”nin səhnədə uzanmış vəziyyətdə görünməsi ilə başlayır.
Əgər bilmirdinizsə, “Tanzschein”in öz xüsusi rəqs hərəkətləri var və məhz bu xoreoqrafiya performansın əsas mərkəzinə çevrilib. İstər COSMÓ və “heyvan dostları” düz xətt boyunca rəqs etsin, istərsə də arena tavanından endirilən nəhəng dırmaşma konstruksiyalarının üzərində rəqs etsin.
Performansın əvvəlində səhnədə “Dance away your inner animal” (“İçindəki heyvanı rəqslə azad et”) sözləri görünür. COSMÓ da buna uyğun geyinib ki, qara dəri şalvar, qara daşlı köynək və diskoteka güzgü topundan ilhamlanan sinə zirehi, həmçinin sol qolu boyunca uzanan uyğun “disko zirehi” var.
Performansın sonunda isə o, arxasında ritmlə pulsasiya edən rəngbərəng strob işıqları ilə çıxışını tamamlayır.
Beləliklə, bu günkü məşqlər sona çatdı.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






