Fransa dövlət kanalı az öncə elan edib ki, “Avroviziya 2026″da Fransanı 17 yaşlı pop-opera müğənnisi Monroe təmsil edəcək.
Onun “Regarde!” (Bax!) mahnısı bu gün Bakı vaxtı ilə saat 21:00-da yayımlanacaq. Qeyd edək ki, mahnı və təmsilçi daxili seçim yolu ilə seçilib.
Yayımlanan tizerlərdə göstərildiyi kimi həm klassik, həm opera elementlərini özündə birləşdirən mahnı Monroenun musiqi keçmişi ilə vəhdəd təşkil edir.
Mahnının tizeri yayımlandıqdan sonra isə ölkə mərclərdə sürətlə yüksələrək beşinci sırada qərarlaşıb.
Böyük dördlükdən olan Fransa 16 may tarixində “Avroviziya 2026″nın final gecəsində çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






