“Başqa mahnı olsaydı, finala keçərdik” – Nigar Camal

“Avroviziya 2011” qalibi Nigar Camal MTV-də yayımlanan proqramların birində qonaq olarkən illər əvvəl yaşadığı çətinliklərdən danışıb. Müğənni milli seçim dövründə ona qarşı münasibətin birmənalı olmadığını bildirib və həmin illərdə ciddi təzyiqlərlə üzləşdiyini etiraf edib.

Sənətçi deyib ki, müsabiqəyə hazırlaşdığı dövrdə ona kifayət qədər dəstək göstərilməyib və bəzi insanların münasibətində gender ayrı-seçkiliyi hiss olunub:

“Nə dəstək, nə sevgi? Nə danışırsınız? Milli seçimdə mənə qarşı sevgi yox idi. Daha çox Eldara sevgi göstərirdilər, çünki oğlan idi. Qız olsaydı olmazdı. Oğlanlara paxıllıq etmirlər, daha çox qadınlara paxıllıq edirlər. Deyirdilər, bizdə qız yox idi, İngiltərədən gəlib? Çətinliklər çox idi”.

Nigar Camal bildirib ki, həmin dönəmdə onun xaricdə yaşaması da bəzi insanlar tərəfindən mənfi qarşılanıb. Müğənninin sözlərinə görə, cəmiyyətin bir hissəsi onun Azərbaycandan kənarda yaşamasını qəbul etmirdi və bu səbəbdən müxtəlif tənqidlərə məruz qalırdı.

Söhbət zamanı sənətçi Azərbaycanın bu ilki “Avroviziya” təmsilçisi Jiva haqqında da fikirlərini bölüşüb. O, Jivanın istedadlı ifaçı olduğunu vurğulasa da, mahnı seçimində yanlış qərar verildiyini bildirib.

Nigar Camal qeyd edib ki, “Just Go” mahnısı ifaçının enerjisi və səhnə obrazı ilə uyğunlaşmayıb:

“Jiva istedadlı qızdır. Əminəm ki, başqa mahnı seçilsəydi, bəlkə finala keçə bilərdik. Çünki Jivanın tam başqa ab-havası var. “Just Go” ona aid mahnı deyil. Enerjisi çox fərqlidir. Əminəm ki, başqa mahnı olsaydı, daha yaxşı bal toplaya bilərdik”.

Müğənni əlavə edib ki, “Avroviziya” kimi beynəlxalq yarışmalarda yalnız güclü səs deyil, həm də ifaçıya uyğun mahnı və düzgün səhnə konsepti böyük rol oynayır. Onun sözlərinə görə, iştirakçının xarakterinə uyğun olmayan seçimlər nəticəyə birbaşa təsir edir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Dəyişiklik üçün 1000-dən çox imza toplanıb – Fan icması tələb edir!

Rəy bildir