Azərbaycanın “Avroviziya 2024” təmsilçilərindən olan İlkin Dövlətov İctimai TV-də yayımlanan məşhur “Maska” şousunun qalibi olub.
Şounun final gecəsində “Qırat” maskasının arxasında gizlənən şəxsin İlkin Dövlətov olduğu açıqlanıb. Müğənni finalda səsləndirdiyi “Dilbərim” mahnısı ilə qalib adını qazanıb.
“Maska” şousu ərzində İlkin Dövlətov müxtəlif üslublarda mahnılar təqdim edib. Onun repertuarında “Döz”, “İncəbellim”, Bruno Marsın “Locked Out of Heaven”, Maroon 5-un “Animals”, “Bal Kimi”, Michael Jacksonun “They Don’t Car About Us”, Katy Perrynin “Dark Horse” və digər ifalar yer alıb.
Şounun qalibi olduğu final gecəsində isə İlkin Dövlətov Azərbaycanın məşhur xalq mahnılarından biri olan “Dilbərim”i səsləndirib. Mahnı illərdir bir çox tanınmış sənətçilərin repertuarında yer alır və Azərbaycan musiqi irsinin sevilən nümunələrindən hesab olunur.
Münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, eləcə də müğənnilər Nigar Camal və Murad Arif yer alıblar.
Xatırladaq ki, İlkin Dövlətov 2024-cü ildə Malmödə keçirilən “Avroviziya” Mahnı Müsabiqəsində Fahree ilə birlikdə Azərbaycanı təmsil edib. Onlar müsabiqədə “Özünlə apar” mahnısını ifa ediblər. Azərbaycan təmsilçiləri birinci yarımfinalda çıxış edərək 11 xal toplayıb və 15 iştirakçı arasında 14-cü yeri tutaraq finala yüksələ bilməyiblər.
İlkin Dövlətov “Avroviziya 2024” mövsümündə muğam elementlərini beynəlxalq səhnəyə daşıyan ifaçılardan biri kimi diqqət çəkmiş, “Özünlə apar” mahnısındakı vokal performansı ilə müsabiqə izləyicilərinin yaddaşında qalmışdı.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






