Danışır Səbinə Quluzadə – Avroviziya 2024 Azərbaycan

“12 sual” rubrikasının bu dəfəki qonağını əslində bir çoxunuz yaxşı tanıyırsınız. Səs imkanları, imici və müsabiqələrdə ifa etdiyi mahnıları ilə çoxlarının könlündə taxt qurmuş Səbinə Quluzadə rubrikamızın qonağıdır.

Səbinəni əslində bir çoxumuz “Səs Azərbaycan” layihəsindən tanısaq da, o əslində bir çox festivallarda və müsabiqələrdə iştirak edib. Bunlara Zima Musiqi Festivalını, “Festival Vitebsk” Beynəlxalq Mahnı Müsabiqəsini və daha çoxunu misal çəkə bilərik. Səbinə hətta qatıldığı “Vo Ves Qolos” müsabiqəsində qalib də olub.

Onun akademik həyatı da olduqca uğurludur. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Musiqili Teatr Aktyorluğu” fakültəsinin məzunudur.

İfaçı yuxarıda da qeyd etdiyimiz kimi əsasən populyarlığını “Səs Azərbaycan” layihəsində əldə edib. Hər nə qədər uğurlu bir iştirakçı olsa da, təəssüf ki, müsabiqədə finala bir addım qala mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı.

Çoxlarının dəfələrlə Avroviziyaya namizəd kimi göstərdiyi Quluzadə, indi isə Avroviziyaya heç olmadığı qədər yaxındır. Biz də 12xal komandası olaraq potensial Avroviziya təmsilçimizə 12 sual ünvanladıq ki, onu sizə daha yaxın edək.

O deyir ki, incəsənətə gəlməsində anasının rolu çox böyük olub və onu incəsənət sevgisi ilə böyüdüb. İfaçı qeyd edir ki, uşaq vaxtlarından professional olaraq xareoqrafiya ilə məşğul olub və indi həvəskar olaraq fəaliyyətini davam etdirir. Bu da elə onun həqiqətən də uşaq yaşlarından incəsənətə marağının olduğunu göstərir.

Qonşularınız heç sizin hansısa bir istedadınızı kəşf edib? Bəli, Səbinənin oxumaq istedadını elə qonşuları kəşf edib. Hətta o deyir ki, “Onları sevirəm və bilirəm ki, onlar da məni sevir. Amma başqa bildiyim bir şey də var ki, mənə ən çox dözən yəqin ki, onlar olub”. Düzdür, bəzən qonşular dözülməz ola bilər, amma kim Səbinə kimi qonşusunun olmasını istəməz ki?

İfaçı qeyd edir ki, heyvanları dəhşət çox sevir. Hazırda ev heyvanının olmamasına baxmayaraq yenə də o, heyvanlara qayğı göstərməkdən çəkinmir və küçə heyvanlara daimi köməklik və sevgi göstərir.

Qarşıdan da yeməklərin masaları bəzədiyi, insanların bir araya toplanıb şənlik etdiyi “Yeni il” bayramı gəlir ki, Quluzadənin ən sevdiyi bayram da məhz budur. O bu il şaxta babadan nə istəyəcək bilmirik amma ümid edirik ki, arzusu çin olar.

İndi gəlin biraz da Avroviziyaya qayıdaq. Onu artıq uzun müddətdir izləyənlər olaraq deyə bilərik ki, yetərincə Avroviziyaya hakimdir. Ona ünvanladığımız “Azərbaycanın ən çox sevdiyiniz Avroviziya mahnısı hansıdır?” sualına isə “Birini seçə bilmərəm. Hamısı individual olaraq gözəldir.” cavabını verdi.

Əgər təmsilçi olaraq seçilsə ilk ailəsinə və dostlarına zəng edəcəyini bildirən müğənni, çox güman ki, təmsilçi olaraq seçilsə hamıya Fettuccine Alfredo qonaqlığı verəcək. Amma biz yenə də dolma tərəfdarı olmağa davam edirik.

Siz ona “Sabi” olaraq müraciət etsəniz, o yəqin ki, sevinəcək. Çünki bu ona edilən ən sevdiyi xitab formalarından biridir.

Kim hansı supergücünün olmasını istəyərdi? Uçmaq, zehin oxuya bilmək yoxsa, görünməz olmaq?… Sabi bunların heç birini istəməyərək, supergüc kimi güclü intuisiyaya sahib olmağı istəyir.

Namizədlərimiz baxmayaraq ki, tez tez mikrofon ilə təmasdadır onların səsini dünyaya çatdıra biləcək mikrofon ilə hələ ki, şansları olmayıb. Axı biz onlara bu fürsəti veririk… Görək Quluzadə bu fürsəti dəyərləndirib mikrofonumuza nə deyir:

“Danışmaqla aram yoxdur. Mahnımı oxuyardım. Bununla da çatdırmaq istədiyim mesaj aydın olardı”.

Onun bu cavabından sonra növbəti sualımıza “Çoxbilmiş xilaskar” cavabı gözləməyimiz yəqin ki, normaldır. Ondan mikrofonumuz ilə dünyaya nə söyləyərdiniz dediyimiz halda, o fürsət bu fürsət deyib mahnısını oxumağı seçdi. Yəqin yaratdığımız imkandan sonra əldə etdiyi gəlirdən bizə də pay düşər… 🥰

Nə isə, görək o qorxu filminə çəkilsəydi özünü aşağıdakı hansı obrazlardan biri kimi görərdi:

Səbinə bu dəfə də bizi seçimi ilə yanıldır və sonda izləyicilərimiz üçün hərəsi bir dənə olmaqla, mahnı, kitab və film tövsiyyəsi edir:

Mahnı: Mariah Carey – Hero

Kitab: This is your brain on music – Daniel J. Levitin

Film: Avatar (2009 il)

Bununla da Avroviziya 2024 Azərbaycan seçimlərində son 6-lığa gəlib çatan növbəti namizədimizlə baş tutan “12 sual”ın sona gəldik. Sonda Səbinəyə uğurlar diləyir və növbəti namizədimizlə görüşənədək sizinlə sağollaşırıq. Hələlik!

Digər namizədlər ilə baş tutan müsahibələri oxumaq üçün aşağıdakı linklərə daxil ol:


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Danışır Fahree – Avroviziya 2024 Azərbaycan

Uşaq Avroviziya 2023 qalibi Fransa oldu!

Rəy bildir