Avropa Yayım Birliyi bu gün uzun illərdir planlanan lakin həyata keçirilməyən “Eurovision Asia”nı elan edib.
Müsabiqə “Eurovision Asia 2026” adı altında ilk dəfə 14 noyabr tarixində Taylandın paytaxtı Bangkokda baş tutacaq.

Hazırda 10 ölkənin iştirakı təsdiqlənib və önümüzdəki günlərdə ölkə sayı artmaqda davam edəcək:
1. Banqladeş – NTV
2. Butan – BBS
3. Nepal – Himalaya TV
4. Kamboca – TV5
5. Laos – VTE9
6. Flippin – ABS-CBN
7. Cənubi Koreya – ENA
8. Malayziya – TV3
9. Tayland – Channel 3
10. Vyetnam – VTV3
Qeyd edək ki, AYB Avstraliya dövlət kanalı SBS-ni müsabiqəyə dəvət etsə də, kanal Avroviziyaya qatılmağı seçib. Bu səbəblə də Avstraliya “Avroviziya Asiya 2026”da iştirak etməyəcək.
Ölkə sayı əgər çox olarsa müsabiqənin yarımfinallarının olması istisna edilmir.
Bir çox Avroviziya qaydası bu müsabiqədə də istifadə ediləcək. Qalib 50% münsif və 50% xalq səsverməsi ilə təyin olunacaq və qalib ölkə növbəti ilə ev sahibi olacaq.
AYB direktoru Martin Green müsabiqənin debütü haqqında danışıb:
“Avroviziyanın 70-ci ilini qeyd edərkən, bu yeni bölümü Asiya ilə başlamaq xüsusilə mənalıdır. Bu, Eurovisionu Asiya ilə birlikdə inkişaf etdirmək deməkdir. Regionun səslərini, kimliklərini və məqsədlərini əks etdirən bir quruluş yaradarkən, yarışmanı hər zaman xüsusi edən ünsürlərə sadiq qalırıq.”
Martin Green müsabiqənin şüarının burada da “United by Music” olaraq qalacağını açıqlayıb.
Avroviziyanın 70 illik irsi üzərində qurulan yeni yarışma, Asiya üzrə 600 milyondan çox potensial izləyiciyə çatmağı hədəfləyir.
Təşkilat, müxtəlif mədəniyyətləri musiqi vasitəsilə bir araya gətirərək regional qarşılıqlı əlaqə platforması yaratmağı qarşısına məqsəd qoyub.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






