DARA “DreamFest”ə gəlməməsinin səbəbini açıqladı

“Avroviziya 2026” mahnı müsabiqəsinin qalibi, bolqarıstanlı müğənni DARA Bakıda keçiriləcək “DreamFest 2026” festivalında iştirak etməyəcəyinin səbəbini açıqlayıb.

Müğənni “Instagram” hesabının hekayə bölməsində paylaşdığı açıqlamada proqramında yaranan üst-üstə düşmə səbəbindən (“scheduling clash”) bu il festivalda çıxış etməsinin mümkün olmadığını bildirib.

DARA eyni zamanda Azərbaycandakı pərəstişkarlarına da müraciət edərək, “Azərbaycandakı bütün fanatlarıma sevgilərimi göndərirəm və ümid edirəm ki, tezliklə görüşəcəyik”, – deyə qeyd edib.

Qeyd edək ki, DARA-nın “DreamFest 2026”da çıxış etməyəcəyi daha əvvəl məlum olmuşdu. Sosial şəbəkələrdə müğənninin qərarının ukraynalı istifadəçilərin tənqidlərindən sonra verildiyi barədə iddialar yayılsa da, DARA rəsmi açıqlamasında imtina səbəbi kimi yalnız proqramında yaranan üst-üstə düşməni göstərib.


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

“Avroviziya 2026”nın qalibi DARA Bakıda çıxış etməkdən imtina etdi!

“Avroviziyada mahnı seçimlərimizə çox ciddi baxılmalıdır” – Tünzalə Ağayeva

Rəy bildir