Röya builki Avroviziya mahnımız haqqında: “Mən olsaydım, bu mahnını seçməzdim”

Xalq artisti Röya Ayxan ötən gün Bakı Konqres Mərkəzi səhnəsində konsert proqramı ilə çıxış edib.

Konsert öncəsi jurnalistlərin suallarını cavablandıran sənətçi “Səs Azərbaycan”da onun komandasında yarışan, builki Avroviziya təmsilçimiz JİVA (Cəmilə Həşimova) və “Just Go” mahnısı ilə bağlı fikirlərini bölüşüb.

Xalq artisti “olay.az”a bildirib ki, Jivanın səsinə və səhnə enerjisinə böyük inamı var. Onun sözlərinə görə, gənc müğənninin potensialını ilk dəfə “Səs Azərbaycan” layihəsində gördüyü vaxtdan bəri diqqətlə izləyir:

“Məncə, hər şey mahnı ilə bağlıdır. Bilirsiniz ki, mən mahnı seçiminə çox həssas yanaşıram. Açığı, deyim ki, “vauv” mahnıdır – yalan olar. Amma onun səsinə və özünə o qədər inanıram ki… Yəqin ki, belə uyğun gördülər və mahnını bu cür seçdilər. Şəxsən mən olsaydım, bu mahnını seçməzdim”, – deyə Röya bildirib.

Buna baxmayaraq, sənətçi Jivanı hər zaman dəstəkləyəcəyini də vurğulayıb. O qeyd edib ki, ifaçının güclü vokal imkanları və enerjisi onu digər gənc sənətçilərdən fərqləndirir:

Necə mahnı olur-olsun, mən o qızı həmişə dəstəkləyəcəyəm. Bir insan ki, oxuya bilir, mən həmişə onun yanındayam. Dəhşətli dərəcədə enerjisi var. Mən bunu ‘Səs Azərbaycan’da görmüşəm. Hətta deyərdim ki, bəzən məndən də enerjilidir, sadəcə bunu hər zaman göstərmir. Ona çox inanıram. İnşallah, şouları da uğurlu olar”, – deyə Xalq artisti əlavə edib.

Xatırladaq ki, JİVA 2025-ci ilin fevralında “The Voice of Azerbaijan”ın üçüncü mövsümündə iştirak edərək bütün münsiflərin diqqətini çəkmiş və Röyanın komandasını seçərək finala çıxıb. May ayında isə tele-səsvermə nəticəsində yarışmanın qalibi olub. Jivanın Röya Ayxanla olan “Ağlama” dueti ölkə gündəmində böyük rəğbətlə qarşılanmışdı.

JİVA (Cəmilə Həşimova) bu il ölkəmizi “Avroviziya 2026” səhnəsində “Just Go” adlı mahnı ilə təmsil edəcək. Müsabiqə bu il Vyana şəhərində keçiriləcək.

Müsabiqənin birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may tarixlərində baş tutacaq. 


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Nordic Eurovision Party 2026” baş tutub

Avroviziya Asiya gəlir! – İştirakçılar, format və daha çoxu

Rəy bildir