“Avroviziya 2026”nın qalibi DARA Bakıda çıxış etməkdən imtina etdi!

“Avroviziya 2026” mahnı müsabiqəsinin qalibi, bolqarıstanlı müğənni DARA Bakıda keçiriləcək “DreamFest 2026” beynəlxalq musiqi festivalında iştirakdan imtina etdiyini açıqlayıb.

Sənətçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu qərarı festivalda iştirakı ilə bağlı ünvanına səslənən kəskin tənqidlərdən sonra verdiyini bildirib. DARA qeyd edib ki, izləyicilərinin və pərəstişkarlarının fikirlərini nəzərə alaraq layihədən çəkilməyə qərar verib.

Xatırladaq ki, bir neçə gün əvvəl DARA “DreamFest 2026”nın iştirakçıları sırasında elan olunmuşdu. Festival təşkilatçıları “Avroviziya 2026” qalibini builki tədbirin əsas beynəlxalq qonaqlarından biri kimi təqdim etmişdilər.

Müğənninin festivalda iştirak edəcəyinin açıqlanmasından sonra sosial şəbəkələrdə bu qərar geniş müzakirələrə səbəb olub. Xüsusilə ukraynalı istifadəçilər və Ukraynanı dəstəkləyən fəallar DARA-nı festival proqramında yer alan bəzi rusiyalı ifaçılarla eyni səhnəni paylaşacağına görə tənqid ediblər. Onlar Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda belə bir festivalda iştirakın qəbuledilməz olduğunu bildiriblər.

DARA paylaşımında tənqidlərin məhz hansı səbəbdən qaynaqlandığını açıqlamasa da, sosial şəbəkələrdə yayılan reaksiyalara əsasən, qərarın rusiyalı sənətçilərlə eyni səhnədə çıxış etməsi ilə bağlı yaranan narazılıqlardan sonra verildiyi bildirilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Bolqarıstan “Avroviziya 2027”yə ev sahibliyi üçün hazırlıqlara başlayıb!

DARA “DreamFest”ə gəlməməsinin səbəbini açıqladı

Rəy bildir