Avroviziyanın yeni icraçı direktoru Martin Green ötən gün Avstriya mediasına müsahibəsi zamanı Avroviziyanın gəldiyi indiki vəziyyət və Kanadanın Avroviziyada iştirakı haqqında danışıb:
Avroviziya 70 ildir var olan bir müsabiqədir. Dünyada bu qədər davam edən başqa bir qlobal mahnı müsabiqəsi varmı? Yarım əsrdən çox tarixi olan bu müsabiqədə etirazlar və boykotlar zaman-zaman həmişə olub və bundan sonra da olacaq. Çünki Avroviziya ən azı 70 il daha davam edəcək.
Bir səsvermə keçirildi və iştirakçı ölkələrin çoxu İsrailin lehinə səs verdi. Biz də buna hörmət etmək məcburiyyətindəyik. Avroviziya izləyicisi iştirakçı kanal ilə sözgedən ölkə höküməti arasındakı fərqi anlayacaq qədər ağıllıdır. Avroviziya dünyanın necə ola biləcəyini göstərir, necə göründüyünü yox.
Hamının etiraz hüququ var və biz buna hörmət edirik. Arenada izləyici olaraq belə etiraz edə bilərsiniz. Yayımda əgər problem olarsa onda müdaxilə edirik. Qalan hər cür etiraza və boykota qarşı deyilik.
Martin Kanadanın Avroviziyaya mümkün debütü haqqında da danışıb:
Kanadanı Avroviziyada görə bilərik. Tam bir AYB üzvü olarsa bu mümkündür. Son illər bunu ciddi olaraq düşünürlər.
Düzdür, Avstraliya tam bir AYB üzvü deyil, amma müsabiqəyə qatılır. Lakin Avstraliya xalqı və kanalı uzun illər Avroviziyanı dəstəkləyib və izləyib.
Martin Green son olaraq “Avroviziya 2014” qalibi Conchita Wurstun Avroviziya ilə əlaqəli tədbirlərdə yer almaq istəməməsi qərarı haqqında fikirlərini bildirib:
Müğənnilərin aldıqları qərarlara hörmətlə yanaşırıq. Əgər bu onların kariyerası üçün doğru addım olacaqsa, bu onların qərarıdır. Avroviziya Conchitaya çox şey qazandırdı və eyni ilə də Conchita Avroviziya üçün böyük şeylər edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






