“Uşaq Avroviziya 2025” yekunlaşıb – Qalib ölkə Fransadır

Bildiyiniz kimi, 13 Dekabr tarixində Tiblisidə keçirilən “Uşaq Avroviziya 2025” müsabiqəsi artıq başa çatıb.

Müxtəlif ölkələrdən istedadlı gənclərin səhnəyə toplandığı müsabiqə rəngarəng ifalar, güclü vokallar və yaradıcı səhnə performansları ilə azərkeşlər arasında yadda qalıb.

Böyük maraqla gözlənilən final gecəsinin nəticələri isə artıq məlumdur – Fransa 248 xal toplayaraq müsabiqədə qalib gəlib.

Aşağıda müsabiqənin yekun nəticələrini görə bilərsiniz. Ümumi cədvəl yarışmanın gedişatını və xal bölgüsünü daha aydın göstərir. İkinci sırada Ukrayna yer alarkən, üçüncü sırada isə Gürcüstan yer alıb.

Yağmur isə layiqli şəkildə ölkəmizi təmsil edərək 15-ci yeri tutub.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Martin Greendən fanatlara açıq məktub – Səsverməni pozan ölkələrə tolerant olmayacağıq!

RTVE-dən Martin Greenin məktubuna sərt reaksiya gəlib

Rəy bildir