Azərbaycan “Uşaq Avroviziya 2026” müsabiqəsində iştirak etməyəcək!

Azərbaycan 2026-cı ildə Maltada keçiriləcək “Uşaq Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək. Məlumatı İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov “ESC Plus” portalına təsdiqləyib.

Bildirilib ki, Azərbaycan bu ilki müsabiqəyə qatılmayacaq. Qərarın səbəbi isə açıqlanmayıb.

Turab Teymurovun “ESC Plus”-a verdiyi açıqlamada deyilir:

“Sizə məlumat vermək istərdik ki, Azərbaycan bu il Maltada keçiriləcək Uşaq Avroviziya müsabiqəsində iştirak etməyəcək. Marağınız və müsabiqəni işıqlandırmağa davam etdiyiniz üçün təşəkkür edir, bütün iştirakçı nümayəndə heyətinə uğurlar arzulayırıq.”

Beləliklə, Azərbaycan 2025-ci ildə iştirak edən ölkələr arasında 2026-cı il müsabiqəsindən imtina edən ilk ölkə olub.

Qeyd edək ki, Azərbaycan sonuncu dəfə 2025-ci ildə “Uşaq Avroviziya” səhnəsinə qayıtmışdı. Ölkəmizi Tbilisidə keçirilən müsabiqədə Yağmur “Miau Miau” mahnısı ilə təmsil etmiş və 66 xalla 15-ci yeri tutmuşdu. Bu, Azərbaycanın 2021-ci ildən sonra müsabiqəyə ilk qayıdışı idi.

Azərbaycan “Uşaq Avroviziya” müsabiqəsində ilk dəfə 2012-ci ildə debüt edib. Ölkəmiz daha əvvəl 2008-ci ildə də iştirak etməyi planlaşdırsa da, müsabiqədən başlamazdan əvvəl geri çəkilmişdi.

Azərbaycanın müsabiqədə ən uğurlu nəticəsi 2021-ci ilə təsadüf edir. Həmin il Sona Əzizova “One of Those Days” mahnısı ilə çıxış edərək 5-ci yeri tutmuş və bu nəticə indiyədək ölkənin “Uşaq Avroviziya” tarixində ən yüksək göstərici olaraq qalır.

2026-cı il “Uşaq Avroviziya” mahnı müsabiqəsi oktyabrın 24-də Maltanın Ta’ Qali şəhərində yerləşən Malta Fairs & Conventions Centre-də keçiriləcək. Malta yarışmaya üçüncü dəfə ev sahibliyi edəcək. Ölkə daha əvvəl 2014 və 2016-cı illərdə də müsabiqəni təşkil edib.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Kanada “Avroviziya 2027”də debüt edə bilər!

Kanada Avroviziyaya qatılacaq!

Rəy bildir