İspaniya dövlət kanalı RTVE, bu gün Avroviziyanın yeni icraçı direktoru Martin Greenin fanatlara ünvanladığı açıq məktuba sərt reaksiya verib:
Avroviziya direktoru Martin Green açıqlamasında “Yaxın Şərqdə yaşanan hadisələri izləyirik” deyir. Yaxın Şərqdə hadisə yaşanmır. Orada soyqırım baş verir. Martin Green yarışmanın pərəstişkarlarını dinlədiklərini bildirir. Edilən tək şey də budur: dinləmək.
İndi isə bizə keçmişin keçmişdə qaldığını və bundan sonra qaydalara əməl olunacağını söyləyir. Bəs İsrailin son iki ildəki pozuntuları nə olacaq? “Keçmişdə qaldı” deyib üstündən keçəcəyik? Qaydalar AYB-nin geosiyasi və iqtisadi ittifaqlarına görəmi tətbiq olunur?
Dahası, Green bizə “ Avroviziya Mahnı Müsabiqəsinin insanları bir araya gətirməyə davam etməsinin yeganə yolu, hər şeydən əvvəl öz qaydalarımıza sadiq qalmağı təmin etməkdir” deyir.
Hər şeydən əvvəl, yeni qaydaların qəbul edildiyi gecənin dərhal ardından, İsrailin nümayəndə heyətlərini siyasi yolla təsir altına alaraq müsabiqədə qalmağı bacardığını etiraf etdikdən sonra bunu deməyə cəsarət göstərməsi doğrudan da təqdirəlayiqdir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






