Ermənistan Avroviziya 2024 təmsilçisini sonuncu elan edən ölkələrdən biri olub.
Erməni yayımçı kanalı AMPTV bu gün təmsilçi adına aydınlıq gətirib, onlar Avroviziya 2024 səhnəsinə çıxmaq üçün Ladanivanı seçiblər. Mahnı yaxın günlərdə yayımlanacaq.
Qeyd edək ki, Ladaniva duetində erməni vokalist Jaklin Baghdasaryan və fransız multiinstrumentalist Lui Tomas çıxış edirlər.
Ladaniva mayın 9-da keçiriləcək ikinci yarımfinalda final uğrunda mübarizə aparacaq.
Mənbə: eurovisionworld.com/ EBU/ Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






