Səs Azərbaycan ilk sezonun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi 2 mahnıdan birini “Change Everything” adlanan nəğməni kliplə birgə yayımlayıb.

Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Natasha Brown üstələnib.
Etnik & alternativ pop janrda olan mahnıda milli musiqi alətlərimiz olan balaban və xüsusən də zurnaya yer verilmişdir.
Ekran işini Royal İsmayıl, rejissorluğunu isə Elvin Cabbarov etmişdir.
Bu gündən etibarən bütün musiqi plaftormalarında əlçatan olan mahnı, həmçinin YouTube-da da əlçatandır.
Mahnı haqqında ifaçının özündən də fikirlərini aldıq:
Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Sözlərin dərinliyi, insanlara, sevgiyə olan çağırışımız bizə bu mahnını bir başqa sevdirir və dinləyicilərin də bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm. Change Everything!
Emy Lia ilə yanaşı Avroviziya seçimlərində ifaçının iştirak etməsinə zəmin yaradan meneceri Elvin Cabbarov da təəssuratlarını bölüşüb:
Emy Lia ilə işləmək mənim üçün çox xoş idi. Birlikdə addımladığımız bu yolda müsabiqə üçün mahnıdan daha çox xüsusi kompazisiya ərsəyə gətirdiyimizi deyərdim. Çünki mahnı səhnədə tamaşaçını heyrət qoya biləcək bir xareoqrafiya ilə bir-birini tamamlayırdı. Ola bilər ki, seçimlərdə digər mahnımızın işığı daha çox parladı amma hər iki iş bizim üçün dəyərlidir və əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərində 2 mahnı ilə müraciət etmiş və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn 6 mahnıdan biri olmuşdur.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






