“Melodifestivalen”in 2024-cü il buraxılışı başa çatıb. Marcus & Martinus ‘Unforgettable’ mahnısı ilə Malmöyə səyahət edəcəklər.
Norveçli əkizlər həm münsif, həm də xalq səsverməsində böyük fərqlə qalib gələrək Melodifestivalendə qələbə qazanıb.
Qeyd edək ki, onlar 2023-cü ildə Melodifestivalendə ‘Air’ mahnısı ilə ikinci yeri tutaraq Loreendən bir pillə geridə qalmışdılar.
İsveç ev sahibi ölkə kimi avtomatik olaraq birbaşa mayın 11-də keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin Böyük Finalında iştirak edəcək.
Mənbə: eurovisionworld.com/ EBU/ Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






