Avroviziya 2024 mahnı müsabiqəsində 37 ölkə iştirak edəcək

Avropa Yayım Birliyi və “Sveriges Television (SVT)” tərəfindən gələn ilin 7, 9 və 11 may tarixlərində baş tutacaq Avroviziya mahnı müsabiqəsində iştirak edəcək ölkələrin siyahısı ictimaiyyətə təqdim edilib.

Məlum olub ki, 68-ci Avroviziya mahnı müsabiqəsində aşağıdakı 37 ölkə iştirak edəcək:

• 🇦🇱 Albaniya – RTSH
• 🇦🇲 Ermənistan – AMPTV
• 🇦🇺 Avstraliya – SBS
• 🇦🇹 Avstriya – ORF
• 🇦🇿 Azərbaycan – İctimai
• 🇧🇪 Belçika – RTBF
• 🇭🇷 Xorvatiya – HRT
• 🇨🇾 Kipr – CyBC
• 🇨🇿 Çexiya – ČT
• 🇩🇰 Danimarka – DR
• 🇪🇪 Estoniya – ERR
• 🇫🇮 Finlandiya – YLE
• 🇫🇷 Fransa – FT
• 🇬🇪 Gürcüstan – GPB
• 🇩🇪 Almaniya – ARD/NDR
• 🇬🇷 Yunanıstan – ERT
• 🇮🇸 İslandiya – RÚV
• 🇮🇪 İrlandiya – RTÉ
• 🇮🇱 İsrail – Kan
• 🇮🇹 İtaliya – RAI
• 🇱🇻 Latviya – LTV
• 🇱🇹 Litva – LRT
• 🇱🇺 Lüksemburq – RTL
• 🇲🇹 Malta – PBS
• 🇲🇩 Moldova – TRM
• 🇳🇱 Niderland – AVROTROS
• 🇳🇴 Norveç – NRK
• 🇵🇱 Polşa – TVP
• 🇵🇹 Portuqaliya – RTP
• 🇸🇲 San Marino – SMRTV
• 🇷🇸 Serbiya – RTS
• 🇸🇮 Sloveniya – RTVSLO
• 🇪🇸 İspaniya – RTVE
• 🇸🇪 İsveç – SVT
• 🇨🇭 İsveçrə – SRG SSR
• 🇺🇦 Ukrayna – Suspilne
• 🇬🇧 Birləşmiş Krallıq – BBC

Ötən il ilə müqayisədə Rumıniya müsabiqədə indiki məlumata görə qatılmasa da yayımçı kanal iştirak etmənin mümkünlüyünü də bildirib. Bu isə öz növbəsində növbəti həftələrdə 38-ci iştirakçı ölkəni görə biləcəyimizdən xəbər verir.

Lüksemburq isə 1993-cü ildən sonra ilk dəfə müsabiqəyə geri dönüb.

Nəzərə çatdıraq ki, Azərbaycan müsabiqədə iştirakını hələ iyul ayında təsdiq etmişdi. Hazırda isə yayımçı kanal İctimai TV müsabiqədə ölkəmizi təmsil edəcək şəxsin axtarışındadır və bu şəxs aşağıdakılardan biri olacaq:

  • Emy Lia
  • Mila Miles & İlkin Dövlətov & Etibar Əsədli
  • Aisel
  • Fahree
  • Qorqud
  • Səbinə Quluzadə



sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Ölkəmizdə ilk dəfə! Avroviziya mütəxəssisləri öz təcrübəsini Azərbaycana daşımağı planlaşdırır

Nadir Rüstəmli yeni klipini təqdim edib.

Rəy bildir